Fransanın əməlləri fitnəkarlıqdır

 

 

Fransa prezidenti Emmanuel Makronun silahlı qüvvələrin şəxsi heyəti qarşısında çıxışı zamanı  səsləndirdiyi bəyanatlar bu ölkənin anti-Azərbaycan mövqeyini bir daha ortaya qoyur. Vətən müharibəsində, eləcə sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri nəticəsində qazandığımız qələbələri həzm edə bilməyən Fransanın Azərbaycana düşmənçiliyi daha da artıb. Cənubi Qafqazda yer tutmaqdan ötrü hər cür fitnəkarlığa əl atan Paris bu məqsədini reallaşdırmaq üçün Ermənistandan sui-istifadə edir.

Bu mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Fransanın Azərbaycana bəslədiyi düşmən mövqeyə şahidlik edirik. Bu ölkə davamlı olaraq əleyhimizə addımlar atır, bizə şər-böhtan yağdırır. Ölkəmizi hədəf alan belə çirkin davranışlar Vətən müharibəsindən sonra daha intensiv xarakter alıb. Artıq münaqişə bitib Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsasən azad edib.

Deputatın sözlərinə görə, Fransa bu reallığı nəzərə alaraq bizimlə razılaşmalı, yeni addımlar atmalı idi: "Amma bu gün bütün istiqamətlərdə, həm özünün qanunverici orqanlarında, həm Avropa Şurası çərçivəsində digər siyasi müstəvilərdə bunun əksini edir. Beləliklə, Fransanın dövlətimizə qarşı təxribatları davam etdirdiyini görürük. Fransa həm Ermənistana silah satır, həm mülki missiya adında öz keçmiş zabitlərini təhlükəsizlik işçilərini bölgəyə göndərir, həmçinin davamlı olaraq Azərbaycan əleyhinə müxtəlif bəyanatlar verir. Əgər Fransa bu kimi addımları ilə bizim mövqeyimizə təsir göstərə biləcəyini düşünürsə, tamamilə yanılır. Fransa bu cəhdləri ilə regionda vəziyyəti gərginləşdirməyə nail ola, eyni zamanda Ermənistanın Azərbaycan üzərində hansısa bir uğurunu təmin edə bilməz. Bu, tamamilə absurddur".

Ceyhun Məmmədov vurğulayıb ki, heç bir ölkə Azərbaycanın haqlı mövqeyinə təsir göstərə bilməz: "Azərbaycan öz siyasətini beynəlxalq hüquqa əsasən qətiyyətlə davam etdirir. Yaxşı olardı ki, Fransa da öz problemlərinin həllinə fokuslansın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkinsin. İstənilən halda isə, Azərbaycan həm Ermənistanın, həm Fransanın bütün təxribatlarının qarşısını qətiyyətlə alır   bu ölkələrin hansısa bir üstünlüyə nail olmasına imkan vermir. Biz bununla bağlı öz mövqeyimizi dəfələrlə bildirmişik".

Deputat yekunda onu da deyib ki, Fransanın cəhdlərinin müdaxilələrinin heç bir effekti olmayacaq. Azərbaycan qarşıya qoyduğu bütün məqsəd hədəflərə mərhələli şəkildə nail olur. Çünki ölkəmiz hər baxımdan, həm beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlıdır.

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 25 yanvar, № 15.- S.3.