Heykəlləşən dahilər

 

 

Azərbaycan heykəltaraşlıq sənətinin tarixi qədimdir. Dəqiq deyil ilk heykəllər ölkəmizin hansı guşələrində yaradılıb, müəllifləri kim olub. Ancaq bu sənətin qədimliyini müxtəlif ərazilərimizdə arxeoloji qazıntılar nəticəsində aşkarlanan eramızdan əvvələ aid edilən nadir heykəl nümunələri təsdiqləyir. Həmin heykəltaraşlıq əsərləri Azərbaycanda əkinçilik maldarlıqla məşğul olan tayfaların mədəniyyəti, incəsənəti, dünyagörüşü barədə zəngin məlumatlar verir.

Əsrlər keçdikcə, dünyanın digər qədim sivilizasiya məskənləri kimi, Azərbaycanda da heykəltaraşlıq sənəti inkişaf edib, üslubu, hazırlanma texnologiyası təkmilləşib. Bu gün ölkəmizdə heykəltaraşlıq incəsənətin əhəmiyyətli sahələrindən sayılır. Geniş küçə meydanlarımıza xüsusi yaraşıq məna verən heykəllərin əksəriyyəti yüksək sənətkarlıq nümunələridir. Həmin heykəltaraşlıq əsərlərinin bir çoxu həm ölkəmizin tarixində iz qoymuş, xalqımızın tərəqqisində misilsiz xidmətlər göstərmiş şəxsiyyətlərə ehtiramımızın ifadəsidir.

Ötən əsrin 20-ci illərindən küçə meydanları bəzəyən heykəllərin arasında Azərbaycanın görkəmli şəxsiyyətlərinin obrazları geniş yer tutmağa başladı. Belə abidələrin ilki - şair Mirzə Ələkbər Sabirin abidəsi Bakıda 1922-ci ildə qoyuldu. 1930-cu ildə yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin heykəli paytaxtımızda əbədi qərar tutdu. Adı Azərbaycan tarixinin şərəfli səhifələrini bəzəyən Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaddədin Nəsimi, Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi başqalarının heykəlləri müxtəlif illərdə Bakının meydanlarında, küçələrində ucaldıldı. Bu istiqamətdə işlər uğurla davam edir.

Son illər yaradılan heykəltaraşlıq əsərlərindən biri Hacı Zeynalabdin Tağıyevin heykəlidir. Azərbaycan xalqının təəssübkeş, xeyirxah, maarifpərvər övladı, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında 2020-ci il martın 11-də dövlət başçısı tərəfindən sərəncam imzalandı. Heykəlin hazırlanması ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən heykəltaraşlıq müsabiqəsi keçirildi. Müsabiqəyə 20-dən çox layihə təqdim edildi. Onların arasından heykaltaraş, Xalq rəssamı Xanlar Əhmədovun layihəsi seçildi.

"İçərişəhər" metro stansiyasının qarşısında ucaldılan heykəlin açılış mərasimi 2022-ci il yanvarın 18-də keçirildi. Mərasimdə qeyd edildi: "Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük töhfələr vermişdir".

Qeyd edək ki, müəllifi heykəltaraş Xanlar Əhmədov olan heykəl bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatlar Brayl əlifbası ilə təqdim edilib.

Dünyaşöhrətli azərbaycanlı müğənni bəstəkar Müslüm Maqomayevin abidəsi Bakı şəhərinin ən gözəl yerlərindən birində - Dənizkənarı Milli Parkdadır.

2020-ci ildə Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş görkəmli sənətkar, məşhur opera estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam imzalanmışdı.

2022-ci il avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında ucaldılan Müslüm Maqomayevin abidəsinin açılışı oldu. Həmin gün Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyi idi.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti birinci xanım Mehriban Əliyeva, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da iştirak etdilər.

Bu gün Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir: "Çünki o, həm böyük müğənni, həm böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi bu gün Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır".

Abidənin müəllifi heykəltaraş, Xalq rəssamı Ömər Eldarovdur.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 25 yanvar, № 15.- S.10.