"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə  İraq Respublikasının Rabitə Nazirliyi arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il dekabrın 7-də Bağdad şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə İraq Respublikasının Rabitə Nazirliyi arasında informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.      

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.   

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərsin.   

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2024-cü il

Azərbaycan.-2024.- 26 yanvar, ¹ 16.- S.6.