Hayastanda hədəf mediadır

 

 

Ötən il məhkəmələrə jurnalistlərlə bağlı 82 iddia daxil olub

 

 

 

Bu gün dünyada ən aktual məsələlərdən biri insanların hüquq azadlıqlarının etibarlı müdafiəsidir. Müxtəlif dövlətlərdə bu sahədə vəziyyət bir-birindən kəskin surətdə fərqlənir.

Elə ölkələr var ki, orada insan hüquqları ilə bağlı durum getdikcə daha acınacaqlı xarakter alır. Məsələn, məğlub Hayastanda bu istiqamətdə dəhşətli vəziyyət hökm sürür. 6 il əvvəl baş tutan inqilabdan sonra bu ölkədə nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün səbəb yoxdur.

Hayastanda insan hüquqları ilə yanaşı, mətbuat azadlığı sahəsində vəziyyət ağırdır. Jurnalistlər təqib olunur, mətbu orqanlar müxtəlif bəhanələrlə bağlanılır.

"Joğovurd" nəşri yazıb ki, son beş ildə ölkədə jurnalistlərə onların fəaliyyətinə təzyiqlər nəticəsində söz azadlığının həddi aşağı düşüb. Qeyd edilib ki, bu təzyiqlər çox vaxt o qədər güclü olur ki, bəzi KİV, informasiya agentlikləri ayrı-ayrı jurnalistlər özünü müdafiə etmək üçün məhkəmə sisteminə ya jurnalist təşkilatlarına müraciət edirlər: "Nəşrimiz son illər mediaya jurnalistlərə qarşı məhkəmə işlərinin sayının necə dəyişdiyini müqayisəli təhlil edib. 2023-cü ildə Hayastanda media jurnalistlərə qarşı 36 məhkəmə işi olub ki, bu da 2022-ci illə müqayisədə 4 dəfə çoxdur".

Bildirilib ki, son bir neçə ildə Hayastanın Mülki Məcəlləsinin təhqir böhtana istinad edən 1087.1-ci maddəsi jurnalistlərə qarşı məhkəmə iddialarının qaldırılması üçün davamlı fəaliyyətlə istifadə olunur. Ötən il məhkəmə iddialarının 34-ü məhz bu maddəyə, digər ikisi isə iqtisadi ya digər mübahisələrə əsaslanır. 2019-cu ildə kütləvi informasiya vasitələri jurnalistlərlə bağlı məhkəmələrə 94, 2020-ci ildə isə 82 iddia daxil olub. Söz Azadlığının Müdafiəsi Komitəsinin 2013-cü 2014-cü illərdə apardığı əvvəlki analoji araşdırmalarla müqayisəsi göstərir ki, təhqir böhtanla bağlı işlərin sayı təxminən 3 dəfə artıb.

İrəvanda nəşr olunan "4rd.am" saytının əməkdaşı hesab edir ki, Hayastan cəmiyyətində media azadlığı sahəsində böyük problemlər mövcuddur. Ermənistan hökumətinin mətbuat azadlığı, demokratiya insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Ölkədə addımbaşı jurnalistlərin hüquqları pozulur. "4rd.am" saytının fəaliyyətinə mütəmadi problemlər yaradılmaqdadır.

Bundan əvvəl daha iki qəzetin fəaliyyəti dayandırılıb. Artıq onlara da əməkdaşlığı dayandırmaq üçün xəbərdarlıq gəlib. Saytın əməkdaşları ötən ilin avqustundan təqib olunduqlarını bildirirlər. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr , vəziyyət dəyişməyib. Bildirilir ki, Hayastan hökuməti Avropa Şurası qarşısında söz azadlığının qorunmasına dair öhdəlik götürüb. Qurum hakim dairələrdən Hayastanda KİV azadlığının səviyyəsinin qaldırılmasını dəfələrlə tələb edib. Lakin illərdir cəmiyyət bunun əksini müşahidə edir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 26 yanvar, № 16.- S.12.