Uğurlarımızı həzm edə bilməyən AŞPA

 

 

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ermənipərəst dairələrin sifarişlərini yerinə yetirdiyinə şübhə yoxdur. Beynəlxalq hüququn norma prinsiplərinə hörmət etməyən işğalçı Ermənistanın qəddarlığına, bu ölkənin  bir milyondan artıq soydaşımızın hüquqlarını kobud şəkildə pozmasına laqeyd yanaşan bir qurumun hazırda Azərbaycana münasibətdə sərgilədiyi qərəzli mövqe onun islamofob türkofob təfəkkürünün bariz nümunəsidir. AŞPA illər boyu Azərbaycanın haqlı mübarizəsini görməzlikdən gəlib".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Deputat bildirib ki, AŞPA-nın qərəzli yanaşmasından sonra Azərbaycan nümayəndə heyəti haqlı olaraq bu qurumla əməkdaşlığı təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Sözsüz ki, AŞPA-nın bu təşəbbüsü Qərbin anti-Azərbaycan qüvvələrinin belə qurumlardan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyətinin ifadəsidir.

Deputat qeyd edib ki, AŞPA-nın bu kimi digər qurumların əsas öhdəliklərindən biri Qarabağ məsələsinin həllinə nail olmaqdan, 30 ilə yaxın işğala, vandalizmə məruz qalan xalqımızın hüquqlarını bərpa etməkdən ibarət olduğu halda, bölgədə gərginlik yaratmaları, heç bir əməli addım atmamaları onların erməni lobbisinin diktəsi ilə hərəkət etdiklərindən xəbər verir. Ədalətsiz mövqe sərgiləyən AŞPA kimi qurumların susqunluğu Azərbaycanı ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etmək məcburiyətində qoydu.

Jalə Əliyeva vurğulayıb ki, dövlətimiz nəinki ölkədə regionda, eləcə dünyada sülhün bərqərar edilməsi üçün zaman-zaman mümkün olan bütün addımları atıb. BMT, ATƏT, AŞPA tribunalarından dəfələrlə bəyan etdiyimiz sülh çağırışları heç kəsin yadından çıxmayıb. Bütün dünya BMT Təhlükəsizlik Şurasının iclaslarını apararkən, AŞPA Nazirlər Komitəsinin sessiyalarına sədrlik edərkən, Türk Dövlətləri Təşkilatının Qoşulmama Hərəkatının sədri kimi çıxışlarımızda səsləndirdiyimiz sülh çağırışlarından xəbərdardır.

"Lakin Ermənistanın, ermənipərəst qüvvələrin, onların havadarlarının pozuculuq fəaliyyəti Azərbaycanı Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına  icra etməyə məcbur qoyub. Azərbaycan məsələnin dinc yolla həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə elan etsə , AŞPA bu kimi qurumlar öz vəzifələrini yerinə yetirmək, Azərbaycanın haqlı mübarizəsini görmək, eşitmək həllinə sülh yolu ilə yardımçı olmaq istəməyiblər. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi qarşısında başqa seçim yolu qalmayan Azərbaycan 2020-ci ildə  Vətən müharibəsi 2023-cü ildə antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü bərpa edərək, şanlı Zəfərə imza atıb bütün ərazisində suverenliyini bərqərar edib", - deyə deputat bildirib.

Jalə Əliyeva həmçinin Azərbaycanın özünü regionun lider dövləti kimi birmənalı şəkildə təsdiqlədiyini vurğulayıb. Əlavə edib ki, bu reallıq bizə tərəfdaşlar qazandırmaqla yanaşı, anti-Azərbaycan qüvvələrin fəallaşmasına səbəb olur. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə az vaxt qalmış AŞPA-nın sərgilədiyi qərəzli mövqe onun çirkin niyyətini ifşa edir, əsl mahiyyətini bir daha ortaya qoyur. Erməni lobbisinin sifarişini yerinə yetirən AŞPA-nın ədalətsiz qərarları sülh prosesinin yekunlaşması nəticəsində formalaşacaq sabitlik firavanlığın Azərbaycanın inkişafına verəcəyi töhfələrin qarşısını almaq, ölkəmizin beynəlxalq arenadakı mövqeyini zəiflətmək məqsədi güdür. Lakin buna nail ola bilməyəcək. Bütün bunlara baxmayaraq, dünya birliyinə gün işığı kimi aydın olan, təkzibedilməz bir fakt var - Qarabağ Azərbaycandır! 

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.- 2024.- 27 yanvar, № 17.- S.5.