Fransa Almaniyada etirazlar səngimir

 

 

Səbəblər müxtəlif olsa da, hədəf eynidir - səriştəsiz hökumətlər

 

 

 

Fransada fermerlərin etirazları son həftələrdə geniş vüsət alır. Artıq 3 gündür onlar traktorlar, ot tayaları peyin qalaqları ilə əsas magistral yolları bağlayırlar. Tuluza, Strasburq, Lion, Bordo, eləcə Kale, Bove başqa iri şəhərlərin ərazisində avtomobil yolları bağlanıb. Fermerlər həmçinin prefekturaları hökumət binalarını peyin digər tullantılarla zibilləyirlər.

Onlar peşələrinin əhəmiyyətinin tanınmasını tələb edir hökumətin kənd təsərrüfatı siyasətini pisləyirlər. Fermerlərin fikrincə, bu siyasət onların rəqabət qabiliyyətini zəiflədir. Onlar xüsusilə, kənd təsərrüfatı məhsullarının idxalına, suvarma üçün suyun istifadəsinə məhdudiyyətlərin qoyulmasının, dizel yanacağının qiymətinin artırılmasının, eləcə ətraf mühitin qorunması üçün məhdudlaşdırıcı tədbirlərə istehsala artan maliyyə yükünün əleyhinədirlər.

Daha əvvəl İl-de-Frans bölgəsindəki fermerlər həmkarlar ittifaqları hökumət siyasətinə qarşı milli etiraz hərəkatı çərçivəsində Paris yollarının blokadaya alınacağını elan etmişdilər. Fermerlərin hüquqlarını müdafiə edən aparıcı təşkilatlar olan FDSEA "Jeunes agriculteurs" həmkarlar ittifaqları giriş çıxış nöqtələrində əsas magistral yolların blokadaya alınmasını tələb ediblər.

Parisin yollarını bağlamaqla həmkarlar ittifaqları hökumətin  vəd etdiyi açıqlamalar öncəsi hakimiyyətə təzyiqləri artırmaq niyyətindədir. Onlar baş nazir Qabriel Attala təsir etmək üçün şəhərin bütün əsas nəqliyyat arteriyalarını bağlamağı planlaşdırırlar.

Bu arada Almaniyada da etiraz aksiyaları səngimir.

Ölkənin bir neçə şəhərində on minlərlə insan sağçı ekstremizmə və ifrat sağçı "Almaniya üçün Alternativ" partiyasına qarşı etiraz aksiyası keçirib. Bu barədə dpa məlumat yayıb.

Visbaden şəhərində nümayişə 12 mindən çox iştirakçı gəlib. Şimali Reyn-Vestfaliya federal əyalətində ümumilikdə 10 min adamın iştirak etdiyi ən azı üç böyük mitinq keçirilib. Rostok şəhərində, polisin ilkin hesablamalarına görə, 6500 nəfər sağçılara qarşı nümayiş keçirmək üçün şəhərin mərkəzinə toplaşıb.

İstirahət günlərində Almaniyada ifrat sağçılara qarşı daha çox mitinqlər gözlənilir.

Ötən həftəsonu etirazlarda 900 mindən çox insan iştirak edib. Münhendəki aksiya o qədər böyük olub ki, polis insanlara dağılışmağı əmr edib.

Etirazlara və "Almaniya üçün Alternativ" partiyasının qadağan edilməsi ilə bağlı söhbətlərə təkan verən ifrat sağçıların partiya nümayəndələrinin iştirakı ilə keçirilən toplantısı haqqında məlumatın dərc edilməsi olub. Həmin görüşdə miqrantların ölkədən kütləvi halda deportasiya olunması müzakirə edilib.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 27 yanvar, № 17.- S.5.