Mir Cəlal Paşayevin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub

 

 

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, yazıçı, ictimai xadim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap edilən “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi olub.

Kitab şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.

Əvvəlcə Mir Cəlal Paşayevin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

ADA Universitetinin rektoru Hafiz Paşayevin, tanınmış alim mütəxəssislərin iştirak etdikləri tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Mir Cəlalın elmi araşdırmalarından, zəngin yaradıcılığından, ədəbiyyatımıza verdiyi əvəzsiz töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının inkişafında Mir Cəlalın müstəsna xidmətləri olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev görkəmli ədib Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyasının alman dilinə tərcümə olunmasının önəmini vurğulayıb. Qeyd edilib ki, şərqşünas-alim Mixael Raynhard Hess kitaba yazdığıGiriş sözü”ndə həm Füzuli, həm Mir Cəlal dövrünün ədəbi tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. O, sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa təqdim etməyə nail olub.

Tədbirdə Mixael Raynhard Hess görkəmli alim yazıçı Mir Cəlalın ədəbi irsindən bəhs edib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimov, Milli Məclisin deputatı, Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Filologiya fakültəsinin Alman fransız dilləri kafedrasının baş müəllimi Mətanət Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu çıxış edərək görkəmli alim yazıçı Mir Cəlal Paşayevin geniş elmi pedaqoji fəaliyyətindən, ədəbi yaradıcılığından danışıb, təqdim olunan kitabın tariximiz, ədəbiyyatımız üçün dəyərli mənbə olduğunu bildiriblər.

 

Azərbaycan.-2024.- 27 yanvar, ¹ 17.- S.12.