AŞPA nüfuzdan düşən təşkilata çevrilib

 

 

"Növbədənkənar prezident seçkiləri ərəfəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli davranışı məqsədli xarakter daşıyır. AŞPA seçki dövründə respublikamızı hədəfə almaqla ənənəvi riyakarlığını davam etdirir. Buna görə nümayəndə heyətimizin AŞPA ilə əməkdaşlığı təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması ən doğru qərar idi. Bunun ölkəmizə heç bir mənfi təsiri yoxdur. Çünki AŞPA-nın nüfuzu hazırda nəinki dünyada, elə Avropanın özündə aşağıdır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan 30 il işğalda qalmış torpaqlarını azadlığa qovuşdurduqdan, suverenliyini ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Qərbin bəzi siyasi dairələri, eləcə AŞPA ölkəmizə qarşı çirkin planlarını intensivləşdiriblər: "Bu, onların Azərbaycana qarşı qərəzli olduğunu sübut edir. Bütün bunlar məqsədli şəkildə ölkəmiz əleyhinə atılmış addımlardır. Necə olur ki, biz AŞPA-ya üzv olduğumuz uzun illər ərzində bu qurum bir dəfə olsun Ermənistanın törətdiyi soyqırımlarla bağlı hər hansı bir fikir bildirməyib?! Amma bu gün Azərbaycana qarşı qərəzli addımlar irəli sürəndə utanmırlar". 

Ceyhun Məmmədov deyib ki, Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Ona görə Azərbaycan nümayəndə heyətinin addımını yüksək qiymətləndirirəm.  "Son vaxtlar Avropa təsisatlarının Azərbaycana qarşı qərəzli yanaşmaları qərarları ən pik həddə çatıb. Həm Cozep Borelin açıqlamaları, həm AŞPA-da Azərbaycanın ünvanına səsləndirilən fikirlər, həm ölkəmizlə bağlı qəbul edilən qərarlar Bakının bu istiqamətdə sərt addımlar atmasını zəruri edirdi", - deyə o bildirib.

Azərbaycanın müstəqil qürurlu dövlət olduğunu vurğulayan deputat əlavə edib: "Ölkəmizi hədəf alan əsassız ittihamları heç vaxt qəbul etmərik. Qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırmağımız da buna əsaslanır. Azərbaycan  öz haqlı mövqeyini qətiyyətlə müdafiə edir. Özünü Avropanın əsas aparıcı qurumlarından biri kimi təqdim edən AŞPA bu gün, əslində, Fransanın Almaniyanın oyuncağına çevrilib. Elə bunun nəticəsidir ki, onların sifarişi ilə bu qurum tərəfindən Azərbaycana qarşı əsassız qərarlar qəbul edilir. Lakin unudurlar ki, Azərbaycan özünə hörmət edən dövlətdir, ölkəmizə qarşı belə riyakarlıq nümayiş etdirəcəklərsə, sərt etirazımızla qarşılaşacaqlar".

Ceyhun Məmmədov hesab edir ki, AŞPA müəyyən müddətdən sonra bu yanlış qərarına yenidən baxa bilər. Çünki Azərbaycan regionun lider dövlətidir Avropanın enerji təchizatında mühüm rol oynayır. O cümlədən ölkəmiz Avropa ilə Mərkəzi Asiya arasında vacib tranzit körpüdür. "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri Azərbaycanda kəsişir. Bütün bunlar diqqətdən qaçırıla bilməz. Əlaqələrin yenidən bərpa olunması qurumun bizə münasibətindən, eləcə proseslərin hansı formada davam etməsindən asılıdır.

Deputat yekunda bu məsələ ilə bağlı Gürcüstan, Ukrayna Moldovanın münasibətinə toxundu. Bildirdi ki, Azərbaycanın üzləşdiyi bu haqsızlıqla sabah digər dövlətlər üzləşə bilər: "Ona görə məsələyə hər bir dövlətin reaksiyası önəmlidir. Gürcüstan, Ukrayna Moldova nümayəndə heyətlərinin AŞPA-da keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqe ölkələrimiz xalqlarımız arasında formalaşmış münasibətlərin ruhuna ziddir.  Bu davranış bütün dövlətlərlə münasibətlərini qorumaqda əlaqələrini gücləndirməkdə maraqlı olan Azərbaycana qarşı haqsızlıqdır".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.- 2024.- 31 yanvar, № 20.- S.4.