Həqiqət qarşısında isterikaya düşən Fransa

 

 

"Fransa-Azərbaycan münasibətlərini siyasi-hüquqi aspektdən təhlil edərkən aydın görünür ki, əgər Fransa beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə hörmətlə yanaşsaydı, siyasi əlaqələrin gərginləşməsi hətta hazırkı səviyyədə zədələnməsi üçün heç bir zəmin qalmazdı. Yəni Bakı Paris arasında mövcud gərginliyin təməlində məhz Fransanın beynəlxalq hüquqa ümumbəşəri dəyərlərə zidd, qeyri-adekvat mövqeyi dayanır. Real əsaslara söykənməyən bu situasiyadan ən çox zərər çəkən isə elə Fransa özüdür".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, dövlətlərarası münasibətlər bir qayda olaraq hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır: "Münasibətlərin inkişafı isə, adətən, iqtisadi ticari əsaslara söykənir, mədəni-humanitar əsaslarla möhkəmlənir. Dövlətlər arasında fikir ayrılığı, fərqli siyasi maraqların toqquşması yaşandıqda belə, ölkələr bir qayda olaraq gərginliyin ticari humanitar əlaqələri zədələməməsinə çalışır. Yəni daha konkret desək, ticari mədəni bağlar ən çətin günlərdə belə dövlətlərarası körpü rolunu oynayır. Lakin Makron rejiminin yürütdüyü siyasət bu gün faktiki olaraq Fransanın Cənubi Qafqazdakı dövlət maraqlarının lobbi maraqlarına özfəaliyyət cəhdlərinə qurban verildiyini göstərir. Üstəlik, Makron iqtidarının səbatsızlığı yalnız siyasi mövqelər yox, Fransanın Cənubi Qafqazdakı iqtisadi perspektivlərinin bloklanmasına səbəb olur".

Deputatın sözlərinə görə, əgər əvvəlki dövrlər olsaydı, yəni Fransanın Afrika Asiyada ən azı 20-30 il əvvəlki səviyyədə nüfuz, güc təsir imkanı qalsaydı, alternativlər hesabına Parisin Cənubi Qafqazda öz dövlət maraqları ilə risk etməsi hətta qanunsuz olsa belə, anlaşıla bilərdi. Lakin Fransanın həmin regionlardan sıxışdırıldığı, fransız koloniyalarında müstəmləkəçilik əleyhinə etirazların başlandığı bir zamanda Makronun Cənubi Qafqazda orta əsr metodları ilə öz protektoratlığını qurmaq cəhdi dayaz təfəkkür məhsuludur.  Xüsusən Azərbaycanın yeni hərbi-siyasi reallıq yaratması fonunda, Fransanın region dövlətlərinin suverenliyinə hörmətsizlik yolu ilə daxili işlərimizə müdaxilə etməyə çalışması Makron adına siyasi səbatsızlıqdır.

Bəhruz Məhərrəmov qeyd edib ki, Fransanın Vətən müharibəsində faktiki tərəf olması məğlubiyyətə uğraması heç kimə sirr deyil: "Bunun ardınca isə istər ötən ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə başlatdığı beynəlxalq kampaniya, istərsə antiterror tədbirlərindən sonra aqressiv hücumlar fonunda Fransanın Cənubi Qafqazda Azərbaycana uduzduğuna bütün dünya şahidlik etdi. Xüsusən dekabrın əvvəllərində casus şəbəkəsinin ifşa edilməsi ilə Azərbaycan Fransanın nəinki Cənubi Qafqaz, bütövlükdə Şərqi Avropa, Orta Asiya Yaxın Şərqdə mövqelərinə zərbə vurdu. Eyni zamanda beynəlxalq müstəvidə qlobal platformalarda ardıcıl diplomatik fiaskolarla Makron rejimi "qüdrətli Fransa derjavası" imicini yerlə yeksan etdi".

Deputat əlavə edib ki, bütün bunların fonunda rəsmi Parisin məğlubiyyətə məhkum olan iddialarından əl çəkməməsi, guya iqtisadi rıçaqları işə salmaq cəhdləri, xüsusən Azərbaycana münasibətdə sanksiyalardan bəhs etməsi, zərərli ağılsız populizmdən başqa bir şey deyil. Rəsmi statistikaya görə, bu gün Fransanın Gürcüstan Ermənistanla ticarət dövriyyəsi birgə götürüldükdə Azərbaycan-Fransa ticari dövriyyəsindən geri qalır. Yəni Azərbaycanın Fransada mümkün sanksiyaları fonunda iqtisadi zərbəyə səbəb olacaq köklü investisiyası yoxdur. Əksinə, Fransa Qafqazda ən çox məhz Azərbaycana investisiya qoyub, "Total" şirkətlər qrupunun timsalında ən iri fransız şirkətləri Azərbaycanla əməkdaşlıq edir. Bu reallığın fonunda Fransanın ölkəmizə münasibətdə sanksiyalardan dəm vurması siyasi yarıtmazlıq, qeyri-adekvat isterik davranışdır".

Azərbaycanın heç bir dövlətlə münasibətlərinin, ələlxüsus iqtisadi münasibətlərinin zərər görməsini arzulamadığını vurğulayan deputat deyib ki, biz Fransa ilə ticari tərəfdaşlığımızın pozulmasında maraqlı deyilik: "Lakin münasibətlərin hazırkı mərhələyə qədəm qoyması Bakının yox, birbaşa Parisin təqsiridir. Hesab edirik ki, Fransa xalqı, o cümlədən fransız dünyası bu proseslə bağlı artıq mövqe göstərməli, Fransanın iqtisadi maraqları naminə çürük Makron rejiminə yerini göstərməlidir. Əks halda, Parisin Cənubi Qafqazdakı məğlubiyyəti siyasi iqtisadi müstəvilərdə qalmaqla kifayətlənməyəcək".

Bəhruz Məhərrəmov onu da bildirib ki, proseslərin gedişindən görünən odur ki, Fransa durmaq niyyətində deyil. Makron fərqinə varmır ki, qeyri-adekvat davranışları ilə məğlubiyyətlərini dərinləşdirir. Üstəlik, Almaniya kimi iqtisadi, Avropa Şurası kimi siyasi-hüquqi güc mərkəzlərini özü ilə bərabər çirkab bataqlığına çəkir. Xüsusən AŞPA-da Azərbaycan nümayəndə heyətinə qəbuledilməz münasibət fonunda bu subyektlərin Fransanın muzdlusu kimi çıxış etməsi təəccüb doğurur. Lakin məsələyə fərqli rakursdan baxdıqda aydın olur ki, əgər anti-Azərbaycan cəbhə açılıbsa, deməli, ölkəmiz yerində saymır, əksinə, ciddi güc mərkəzləri klubuna daxil olub. Rəqib tanımaq istəməyən Qərb dairələrini narahat edən məhz bu məqamdır. Lakin son üç ildə ardıcıl hücumların nəinki nəticə verməməsi, əksinə, Azərbaycanın proseslərdən ləyaqətlə çıxması göstərir ki, Cənubi Qafqazda yaranan yeni reallığın geri dönüşü yoxdur bu bölgədə Fransa da daxil olmaqla, hər hansı beynəlxalq subyektin maraqları yalnız Bakının iradəsi ilə təmin oluna bilər.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 31 yanvar, № 20.- S.5.