Karbamid, metanol, polietilen borular...

 

 

Azərbaycanın yeni müəssisələrində istehsal edilən qeyri-neft məhsullarının siyahısını uzatmaq da olar

 

 

 

Azərbaycanda neft emalının neft-kimya sənayesinin güclənməsinin əsas səbəblərindən biri bu sahədə yeni müəssisələrin istifadəyə verilməsidir. Son illər ölkədə bir sıra belə zavod tikilib, eləcə mövcud komplekslərdə infrastruktur genişləndirilib.

2013-cü ildə istismara verilən Metanol zavodu Azərbaycanın qaz-kimya sahəsində fəaliyyət göstərən ilk istehsalat obyektidir. Bakının Qaradağ rayonunda yerləşən bu zavodun qurulmasında İngiltərənin "ICI" firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq edilib. Zavod 2016-cı ilin noyabr ayında SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə müəssisəsi olan "SOCAR Methanol" MMC tərəfindən təhvil alınıb, 2018-ci ilin oktyabr ayından isə şirkətin strukturuna daxil edilib.

Ümumi ərazisi 36,5 hektardan ibarət müəssisənin illik istehsal gücü 561 min ton təşkil edir. İstehsal prosesinə xammal-qaz qarışığının, yüksəktəzyiqli su buxarının hazırlanması, xammalın su buxarının iştirakı ilə riforminqi, riforminq qazı əsasında metanolun sintezi xam metanolun zənginləşdirilməsi bölmələri daxildir.

Zavodda təmizlik dərəcəsi 99,99 faiz olan "A" markalı texniki metanol istehsal edilir bu, beynəlxalq normalara əsasən təmiz metanol məhsulu sayılır. Məhsul beynəlxalq REACH sertifikatına malikdir ki, bu da Avropa bazarlarında onun davamlı dayanıqlı satış dinamikasını təmin edir.

Metanolun keyfiyyəti zavodun AZS ISO/IES-17025:2020 standartının tələblərinə uyğun akkreditə olunmuş Mərkəzi laboratoriyası beynəlxalq keyfiyyət təftiş şirkəti tərəfindən mütəmadi yoxlamadan keçirilir. Metanol zavodu "ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi", "ISO 14001:2015 Ekologiya idarəetmə sistemi", "ISO 45001:2018 Sağlamlığın mühafizəsi əməyin təhlükəsizliyi idarəetmə sistemi" "ISO 50001:2018 Enerji idarəetmə sistemi" beynəlxalq standartları üzrə sertifikatlaşdırılıb.

İstehsal olunan metanolun satışı SOCAR-ın Marketinq İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir. Ümumi satışın əksəriyyəti ixraca yönəldilir.

Zavodun yerləşmə mövqeyi istehsal olunan məhsulun səmərəli şəkildə xarici bazarlara daşınmasında əhəmiyyətli rol oynayır. Belə ki, ixraca göndərilən məhsul "Azərbaycan Dəmir Yolları" QSC-nin Qaradağ stansiyasından Gürcüstan Dəmir Yolu İdarəsinin Parto-Tskali stansiyasına, oradan isə Gürcüstanda yerləşən Kulevi dəniz limanına göndərilir. Daşınma zavoda məxsus 252 çənli vaqonlar vasitəsilə aparılır. Öhdəliklərin vaxtında keyfiyyətli şəkildə yerinə yetirilməsi üçün müəssisənin ərazisində hazır məhsulun saxlanılması üçün ümumi tutumu 48 min ton olan iki rezervuar var.

Daxili bazara satışlar zamanı isə məhsul vaqon-sisternlərlə Qaradağ stansiyasından Səngəçal stansiyasına göndərilir, eyni zamanda alıcılara məxsus xüsusi yük avtomobilləri vasitəsilə daşınır. Daxili bazar üzrə məhsulun böyük hissəsi "Azneft" İstehsalat Birliyinə tədarük olunur.

Metanol zavodunda istehsalat prosesinin ekoloji cəhətdən təmiz olması, ətraf mühitə zərərli təsirlərin azaldılması məsələsi daim diqqət mərkəzindədir. Zavodda istismar edilən istehsalat məişət-sanitar tullantı sularının təmizlənməsi qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, tullantıların çeşidlənməsi nəzarətdə saxlanılır. Biznes prosesinin təhlükəsiz idarə edilməsi, aktivlərin bütövlüyü, ətraf mühitin mühafizəsi, bütün işlərin əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi zavod qarşısında duran ən başlıca vəzifələrdən biridir.

Son dövrün nailiyyətlərindən biri Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodunun istifadəyə verilməsidir. Müəssisənin təməli 2015-ci ilin oktyabr ayında qoyulub, açılş mərasimi isə 2019-cu ilin fevralında keçirilib. Zavod Sumqayıt Kimya Sənayesi Parkının ərazisində yerləşir.

İllik istehsal gücü 120 min ton təşkil edən YSPE beynəlxalq standartlar səviyyəsində inşa olunub. Zavodun tikintisində polimer istehsalı sahəsində tanınmış "INEOS" şirkətinin texnologiyalarından istifadə edilib. Zavodun ümumi təsərrüfat istehsalat infrastrukturu sahəsində soyuducu qüllə, azot istehsalı kondensasiya qurğuları, ölçü cihazları texniki hava sistemi, ümumi elektrik altstansiyası, saxlanma çənləri, kimyəvi qatqılar kamerası, ümumi İdarəetmə Otağı (dispetçer məntəqəsi), laboratoriya, hazır məhsul anbarı s. mövcuddur.

Zavodda müxtəlif çeşidli YSPE istehsal olunur. Böyük hissəsi ixrac üçün nəzərdə tutulan bu məhsullara yerli bazarda da kifayət qədər tələbat var. YSPE-dən  müxtəlif növ plyonka, su qaz nəqli üçün yüksək təzyiqə davamlı borular, istehlak malları (qab-qacaq, vedrələr, zənbillər s., meyvə-tərəvəz üçün plastik qutular zibil konteynerləri, butulka, kanistra, çəllək) kimyəvi maddələr üçün konteynerlərin, eləcə metal borular üçün örtüklərin hazırlanmasında istifadə edilir.

Azərbaycanın karbamidə olan tələbatı isə SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Müəssisənin təməli 2011-ci ildə qoyulub, açılış mərasimi 2019-cu ilin əvvəlində baş tutub. Sumqayıt şəhərində yerləşən zavodun layihələndirilməsi tikintisi ammonyak istehsalı üzrə Danimarkanın "Haldor Topsoe" karbamid istehsalı üzrə Niderlandın "Stamicarbon B.V" şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın "Samsung Engineering" şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın "Neste Engineering Solutions" şirkəti layihənin idarə edilməsi üzrə məsləhət müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına ümumilikdə 3600 nəfərdən artıq işçi cəlb olunub 18 milyon adam-saatdan çox həcmi qəzasız şəraitdə yerinə yetirilib.

Zavod istismara verildiyi vaxt ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-İdxal Bankından bir neçə digər bankdan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən təxminən 100 milyon avro məbləğində vəsait ayrılıb.

Karbamid zavodu il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm istehsal olunan məhsulun 70 faizdən çox hissəsini ixraca yönəldir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən valyuta vəsaiti ölkədə qalır, eyni zamanda  qeyri-neft ixrac gəlirləri artır.

Azərbaycanın neft emalı neft-kimya müəssisələrinin yerləşdiyi coğrafi məkanların sayı da getdikcə artır. 2018-ci ildə istifadəyə verilən "Star" SOCAR-ın Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodudur. "Star" həm əsas payı SOCAR-a məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi "Petkim"i xammalla təmin edir.

Bütün bunlar təkcə neft emalı neft-kimya sahəsinin uğurları deyil, ölkəmizin sənayeləşmə istiqamətində apardığı islahatların nəticəsi, ümumən iqtisadi gücünün, qüdrətinin göstəricisidir.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.8.