AŞPA özünə böyük zərbə vurdu

 

 

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli qətnaməsi qurumun özünün nüfuzuna ciddi xələl gətirdi. Qarabağ Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA indi Qafqazdakı yeni düzəndən ciddi narahatlıq  keçirir. AŞPA-nın "insan haqları", "seçkilərə AŞPA-nın dəvət olunmaması" digər "arqumentlər"i bəhanədən başqa heç deyil".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycanın AŞPA- seçkilərə dəvət etmək öhdəliyi yoxdur. Seçkiləri izləyən əsas institut olan Demokratik Təsisatlar İnsan Hüquqları Bürosu Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərini müşayiət edəcək.

Deputat qeyd edib ki, Fransanın təsir dairəsində olan digər qurumlar kimi AŞPA da "sıfır cəmli" oyun oynayır. Azərbaycan postsovet məkanında münaqişəyə cəlb olunan ölkələr arasında öz ərazi bütövlüyünü suverenliyini ilk bərpa edən dövlətdir. Təəssüf ki, bu reallığı bir sıra beynəlxalq qurumlar həzm edə bilmir. Bunun isə bircə adı var ki, o da rasizmdir. Azərbaycan haqlı mübarizəsində qalib gəlib nəinki regionda, bütün dünyada sülh əmin-amanlığın bərpa olunmasında maraqlıdır.

Vüqar Bayramov onu da deyib ki, AŞPA-nın türkofob islamofob davranışları bizim üçün ciddi əhəmiyyət kəsb etmir: "Bu qurumun bütün cəhdləri uğursuz olub. Ölkəmizə "insan hüquqlarının pozulması" bəhanəsi ilə təzyiq etməyə çalışsalar da, Azərbaycan onları qabaqladı. Azərbaycan nümayəndə heyətinin AŞPA-nın son iclasına qatılmayaraq bu təşkilatdakı fəaliyyətini qeyri-müəyyən müddətə dondurması onlara əsl cavab oldu. Nəticədə, anti-Azərbaycan qurum ilə münasibətlərimiz kəsildi".

Vüqar Bayramov söyləyib ki, AŞPA bu kimi qurumların ölkəmiz əleyhinə davamlı qərəzli münasibət sərgiləmələrində Fransanın əli var. Paris bu qurumlardan sui-istifadə etməklə ölkəmizə təzyiq göstərməyə çalışır. AŞPA-nın bu davranışını həm Fransanın Azərbaycana qarşı apardığı kampaniyanın davamı da adlandırmaq olar. Ümumiyyətlə isə, təkcə Fransa deyil, Qərbdəki anti-Azərbaycan qüvvələrin əksəriyyəti bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.3.