Azərbaycanın uğurları Fransanın kabusuna çevrilib

 

 

"Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı alqışlanmalıdır. AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması təklifi uzun illərdir Avropa dövlətləri ilə qarşılıqlı əməkdaşlıq edən ölkəmizə qarşı hörmətsizlikdir. Azərbaycana qarşı qurulmuş bu riyakar oyunun əsas iştirakçılarından biri Fransadır. Tarixən Azərbaycana, ümumilikdə türk dünyasına qarşı qərəzli münasibəti ilə tanınan Fransa ənənəvi riyakarlığından əl çəkmir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, burada Fransanı, Almaniyanı, eləcə Avropanın bir sıra dairələrini narahat edən əsas məsələ erməni terrorçularının Qarabağdan çıxarılması Qarabağ ermənilərini uzun illər siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır: "AŞPA-nın bu qərəzli addımı avropalı deputatların Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə dözümsüzlüklərinin təzahürüdür. Ötən il AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub. Proseslərə qərəzli yanaşan AŞPA ermənilərə Ermənistanın müdafiəsinə qalxıb. AŞPA məhz ermənilərin müdafiəsinə yönəlik qətnamələr qəbul edib".

Deputatın sözlərinə görə, bütün bunlar sübut edir ki, bu qurum Azərbaycanın qələbəsindən narahatlığını açıq şəkildə ifadə etməkdən çəkinmir. Ədalətin təmin olunması, doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın tarixi yurdlarına qayıtması AŞPA- ciddi narahat edir. "Doğrudur, dövlətimiz hələ Avropa Şurasının digər strukturlarında iştirakını davam etdirir. AŞ öz açıqlamasında bu qətnamənin Azərbaycanla əməkdaşlığın dayandırılması anlamına gəlmədiyini qeyd etsə , düşünürəm ki, dövlətimizin bu mövzuda mövqeyi  fərqlidir", - deyə müsahibimiz bildirib.

Müşfiq Cəfərov onu da söyləyib ki, AŞPA son addımı ilə siyasi riyakarlığını bir daha təsdiqlədi: "Orada mövcud olan dözülməz irqçilik, türkofobiya islamofobiya getdikcə daha da kəskinləşir. Bütün bunların sayəsində dünyada nüfuzunu itirən Avropa Şurası Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə nəinki bu qurumda nümayəndə heyətimizin səsvermə hüququ, heç ümumilikdə AŞPA bizə maraqlı deyil. AŞPA-nın bu qərəzli təşəbbüsünü Azərbaycanda keçiriləcək seçkiləri müşayiət üçün dəvət edilməməsi ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirməsi əsassızdır".

Deputat bildirib ki, bu qurum Fransanın əlində alətə çevrilib: "44 günlük Vətən müharibəsində, xüsusilə sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərində əldə etdiyimiz uğurlar Fransanın qorxulu kabusuna çevrilib. Azərbaycanın tarixi zəfərləri ilə barışa bilməyən Fransa AŞPA kimi dövlət qurumlar Ermənistana dəstək olmaq üçün hər vasitəyə əl atırlar. Bu dəfə isə antiazərbaycançı kampaniyasını Almaniya vasitəsilə reallaşdırmağa çalışan Makron Fransası uğursuzluğa düçar olub. Erməni lobbisinin diktəsi ilə oturub-duran Paris AŞPA- Azərbaycan əleyhinə təşkilatlanmış bir platformaya çevirsə , bu vasitə ilə Azərbaycana təzyiq göstərə bilməyib. Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətə özü dayandırıb".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 28 yanvar, № 18.- S.4.