Bəşəriyyətin yaşıl enerjiyə keçidinə dəyərli töhfə

 

M.Ş.Vazeh adına Mərkəzi Kitabxanın "Kitabxanaya kitab hədiyyə edirik" layihəsi çərçivəsində UNESCO-nun eksperti, Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva müəllifləri olduqları "Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid" adlı yeni kitabı kitabxanaya hədiyyə ediblər.

Əsas mövzusu günümüzün qlobal ekoloji problemlərinin araşdırılması həlli olan kitab ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bir töhfədir. 

12 bölmədən ibarət olan kitabda müəlliflər bəşəriyyətin ekoloji cəhətdən təhlükəsiz inkişafa keçid yolunda olmasından ətraflı bəhs edirlər dövlətimizin enerji siyasətində etdiyi dəyişiklikləri yüksək qiymətləndirirlər. Üç dildə (Azərbaycan, ingilis, rus) nəfis şəkildə nəşr olunan kitab müasir dövrdə mühüm məlumatların toplandığı qiymətli vəsait, olduqca dəyərli bir töhfədir.

Kitabda daha çox iqlim dəyişmələrinin qlobal ekoloji sosial-iqtisadi nəticələrinə, bəşəriyyətin "yaşıl energetika"ya keçidinin iqlim əsaslarına diqqət yetirilir, iqlim dəyişmələrinin idarə olunmasının mövcud səviyyəsi bu sahədə beynəlxalq razılaşmaların rolu qiymətləndirilir, meşələrin qorunması, yeni yaşıllıq sahələrinin salınması, dünya okeanının çirklənməsinin qarşısının alınması kimi iqlim tənzimləmə mexanizmlərinin dəstəklənməsinin zəruriliyindən danışılır. Qlobal məsələyə bu cür əsaslı yanaşma "yaşıl energetika"ya keçidin təbii-tarixi bir proses olduğunu düşünməyə geniş imkan verir.

Təbiidir ki, əhalinin müxtəlif ehtiyacların artması, iqtisadiyyatın geniş inkişafı, elmi texniki yeniliklərin nizamsız tətbiqi insanlar üçün həyati vacib kimyəvi bioloji parametrlərin pozulması ilə nəticələnir. Əsaslandırılmış proqnozlara görə, bu vəziyyətdən ən optimal çıxış yolu ekoloji sivilizasiyanın formalaşmasına gətirib çıxaracaq insan fəaliyyətinin müxtəlif sahələrində ekoloji inqilab ola bilər. Hansı zaman olursa- olsun, insan təbiətin çağırışlarını dinləməyə məcburdur. Müasir dövrdə iqlim dəyişikliyi qlobal istiləşmə ilə bağlı müzakirələr kulminasiya nöqtəsinə çatmışdır. Geniş müzakirələrdən aydın olur ki, iqlim dəyişikliyi təkcə qlobal kompleks problem deyil, həm həlli bəşəriyyətin sağ qalmasını sonrakı mövcudluğunu şərtləndirən problemdir. Uzun müddət belə davam edərsə, nəticələr bəşəriyyət insanlıq üçün fəlakətli ola bilər.

İqlim dəyişikliyinin səbəbləri ilə bağlı əsasən iki fikir mövcuddur. Birinciyə görə, iqlim dəyişikliyi əsasən vulkanik fəaliyyət, günəş aktivliyinin artıb-azalması digər təbii amillərlə bağlıdır. İkinciyə görə, iqlim dəyişikliyi texnogen amillər - karbohidrogenlərin yanma həcminin artması, meşə sahəsinin okean suyunun azalması ilə bağlıdır.

Planetin mümkün istiləşməsi nəticəsində atmosferə karbon qazından əlavə, milyardlarla ton başqa birləşmələr atılır ki, bunlar da Yer kürəsinin istiləşməsinə gətirib çıxarır. "Yaşıl enerji"nin inkişaf etdirilməsi bu vəziyyəti kökündən dəyişə bilər. Çünki geosiyasi maraqların əsasları fərqli olur.

Azərbaycan haqlı olaraq "yaşıl enerji" sahəsində lider dövlətlər sırasında olduğunu iddia edir. Respublikamız günəşli küləkli ölkədir. Bu, "yaşıl hidrogen" əldə etmək üçün unikal bir imkandır. Ölkəmizin əhəmiyyətli hidro geotermal ehtiyatları da var.

2020-ci ilin əvvəlindən Azərbaycanda külək günəş-elektrik stansiyalarının genişmiqyaslı tikintisinə başlanılıb. 2021-ci ildə energetikanın inkişafı ilə bağlı Milli Məclisdə bir sıra qanunlar qəbul edilib. Bu qanunlar "yaşıl enerji"nin intensiv inkişafı üçün sosial, iqtisadi siyasi şərtlər yaradıb. "Yaşıl enerji" təbii qaz neftə qənaət etmək, böyük həcmdə elektrik enerjisi ixrac etmək üçün əlverişli imkandır. Bundan başqa, o, yeni texnoloji istiqamətlər müvafiq yerləri yaratmaq üçün şərait yaradır.

"Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid" kitabında Azərbaycan neft elmini dünya miqyasında təmsil edən akademik Yusif Məmmədəliyevin "yaşıl energetika"nın inkişafına verdiyi töhfələr xüsusi olaraq vurğulanır.

Oxucuların böyük maraqla qarşıladıqları kitab müəlliflər tərəfindən həm Bakıda fəaliyyət göstərən, həm Gəncə, Şirvan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Daşkəsən, Samux, Göygöl, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərinə, Naftalan şəhər Mərkəzi Kitabxanasına, respublikanın bütün ali məktəb, bir sıra kollec, gimnaziya orta məktəb kitabxanalarına da  hədiyyə olunmuşdur.

Yaxın vaxtlarda M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın təşəbbüsü ilə kitabın geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulub.

 

V.MƏHƏRRƏMOV,

Azərbaycan.-2025.- 20 aprel (№ 78).- S.10.