Onun
gözlərində musiqiyə
vurğunluq, sənət
aşiqliyi gördüm
İnsan hansısa
bir sənəti, peşəni sevdisə, ona ürəkdən bağlandısa, cazibəsindən
çıxa bilmir. Həmişəlik olaraq onun əhatə dairəsində qalır, həmin peşənin vurğunu olur. Pərvanə tək sənətinin ətrafına
dolanaraq ömrünü
bu yolda şam kimi əridir.
Ölkəmizin dilbər
guşələrindən biri
olan Ağdaşda dünyaya göz açmış gənc pianoçu Həmayə Baxışovanın qəlbində,
ürəyində hələ
kiçik yaşlarından musiqiyə
sevgi oyanıb, özü də hiss etmədən onun cazibəsinə düşüb. Bu sevgi, məhəbbət günlərin birində onu musiqi məktəbinə
gətirib, sənətin
zirvəsinə yaxınlaşdırıb.
Həmayə Baxışova
musiqi təhsilini
2014-cü ildə Ağdaş
rayonundakı Habil Əliyev adına 1 nömrəli 7 illik uşaq musiqi məktəbində Günay
Musazadənin sinfində
alıb. Böyük sevgiylə pianonun sirlərinə yiyələnib,
onun dillərindən qopan səsin sehrinə düşüb.
Beləcə Həmayə
bu səsin sehrində onu musiqi
dünyasına aparacaq
yollarda ilk inamlı addımlarını
atıb. Bu yollar Həmayəni neçə-neçə konsert
salonuna, respublika və beynəlxalq müsabiqələrə aparıb.
Uğurlara gedən
yollar
Hələ
kiçik yaşlarından
musiqi müsabiqələrində
iştirak edən Həmayə 2016-cı ildə
Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən
Azərbaycan xalqının
Ümummilli Liderin anadan olmasının
93-cü ildönümünə həsr olunmuş "Gənc istedadlar" müsabiqəsinə də
qatılır. İstedad
və bacarığını
ortalığa qoyaraq müsabiqənin qalibi olur.
Bundan sonra Həmayənin uğurlarının
qapıları bir-birinin
ardınca açılmağa
başlayır. O, 2017-ci ildə
"Üzeyir bəy Hacıbəylinin Milli Lad Sistemi Gənc
Musiqiçilərin Tədris
Repertuarında" 2-ci Respublika
Festivalında, Cövdət
Hacıyevin 100 illiyinə
həsr olunmuş
"Pianoçuların 4-cü Respublika Elmi-İfaçılıq
Müsabiqəsi"ndə, 2018-ci ildə Qara Qarayevin 100 illiyinə həsr olunmuş "Pianoçuların 5-ci Respublika
Elmi-İfaçılıq Müsabiqəsi"ndə, "Akademik, Xalq və Caz Musiqisi"
Respublika Festivalında,
2019-cu ildə "Soltan
Hacıbəyov-100", "İsmayıl
Hacıbəyov-70" Gənc Musiqiçilərin Respublika
Festivalında iştirak
etmiş, tərifnamə
və təşəkkürnamələrə
layiq görülmüşdür.
Həmayə 2020-ci ildə
Gənclər İttifaqının
təşkilatçılığı ilə keçirilən
"Qarabağ Kuboku-2020" Beynəlxalq İncəsənət
Müsabiqəsində 3-cü yerə çıxıb.
2021-ci ildə isə İtaliyada keçirilən
onlayn "Beynəlxalq
İdarəetmə Musiqi
Festivalı"nda 2-ci yeri
tutaraq laureat adını qazanıb. Buna görə Regional Mədəniyyət İdarəsi
tərəfindən fəxri
fərmanla da mükafatlandırılıb. Bakı
Musiqi Akademiyasının
məktəb studiyasının
40 illiyinə həsr olunmuş "Müxtəlif
ölkələrin musiqi
ədəbiyyatını öyrənirik"
adlı Gənc Musiqiçilərin Beynəlxalq
Müsabiqəsində diploma
layiq görülüb.
2021-ci ildə həmin
məktəbi fərqlənmə
ilə bitirib.
2021-ci ildən gənc
musiqiçi Həmayə
Baxışova həyatının
yeni mərhələsinə
qədəm qoyub. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə
qəbul olaraq neçə vaxtdan bəri ürəyində
gəzdirdiyi arzusuna çatıb. Musiqi sənəti fakültəsi,
instrumental ifaçılıq
kafedrasında fortepiano
ixtisası uzrə sənətşünaslıq uzrə
fəlsəfə doktoru,
dosent, "Tərəqqi"
medallı Səbinə
Mehdiyevanın sinfində
təhsil almağa başlayıb. Həmayə
hazırda bu ali təhsil ocağının 4-cü kursunda
təhsilini davam etdirir.
Qazandığı nailiyyətlərdə
müəllimlərinin əməyi
çoxdur
Azərbaycan Dövlət
İncəsənət Universitetində
təhsil almağın
ona nə verdiyini soruşanda respublika və beynəlxalq müsabiqələr
laureatı Həmayə
Baxışova çox
fikirləşmədən dedi
ki, ali məktəb
həyatı qısa müddət ərzində
ona gözəl muəllimlər
və dostlar qazandırıb. "Əldə
etdiyim uğurlarda muəllimlərimin əziyyətini
dana bilmərəm".
Ali musiqi təhsili almağa başlayandan sonra Həmayə Baxışova
müxtəlif müsabiqələrdə daha böyük uğurlar qazanıb. "Payız Əfsanələri 2021" İncəsənət
Müsabiqəsində 1-ci dərəcəli laureat adına, 2022-ci ildə
"Ümid-2022" İncəsənət
Müsabiqəsində 1-ci yerə,
Arts Olimpiya Müsabiqəsində
solo və qarışıq alətlər
- duet nominasiyaları üzrə yarışmada
hər 2 nominasiya üzrə 1-ci yerə layiq
görülüb. Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində ənənəvi
olaraq keçirilən
"Sürət və
Cürət" 2-ci etüd
müsabiqəsinin qaliblərindən
biri olub.
Yaşının az
olmasına baxmayaraq, Həmayə Baxışova
dünyanın bir çox ölkəsində
keçirilən müsabiqələrdən
də əliboş dönmür. Gənc pianoçu Böyük Britaniya və Qazaxıstanın təşkilatçılığı
ilə keçirilən
"British Lion", İtaliya
və Qazaxıstanın
təşkilatçılığı ilə keçirilən
"Euro Stars" beynəlxalq müsabiqələrində "Grand Prix" mükafatlarına
layiq görülmüşdür.
2023-cü ilin iyun ayında isə o, Türkiyədə keçirilən
8-ci Uluslararası Piyano
Yarışması və
Festivalından vətənə
"Ən yaxşı
performans mükafatı"
ilə qayıtmışdır.
Həm böyük
şərəf, həm
də fəxr və məsuliyyət
Həmayə Baxışova
müsabiqələrdə əldə
etdiyi mükafatlarla bərabər, təhsilini
də uğurla davam etdirir. Dərslərindən həmişə
yüksək qiymətlər
alan Həmayə həm müəllimlərinin,
həm də tələbə yoldaşlarının
sevimlisidir. O həm də "Heydər Əliyev təqaüdçüsüdür.
Gənc musiqiçi deyir ki, bu
təqaüdə layiq
görülmək onun
üçün şərəf
olmaqla yanaşı, həm də böyük məsuliyyətdir:
"Bunun üçün
Prezident İlham Əliyevə minnətdaram.
Həmişə, hər
zaman gənclərə
böyük dəstək
verən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bizim hamimiz,
dayağımızdır".
Həmayə söhbət
zamanı ali təhsil ocağının
rəhbərliyinin ünvanına
da minnətdarlıq dolu sözlər söylədi: "İstedadlı
gənclərə göstərilən
etimada görə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
rektoru, professor, Əməkdar incəsənət
xadimi Ceyran Mahmudovaya və bütün müəllimlərimə
sonsuz minnətdarlığımı
bildirirəm".
Gənc musiqiçi
Həmayə Baxışova
müsabiqələrdəki çıxışlarını yenə də uğurla davam etdirir. O, 2024-cü ildə
Niderlandda keçirilən
Pianoçuların 12-ci Beynəlxalq
Müsabiqəsində çıxış
etmiş və diplomla təltif olunmuşdur. Ötən il dekabrın 21-də dahi bəstəkar Qara Qarayevin ev-muzeyində gənc musiqiçinin solo konserti keçirilmişdir. 2025-ci ildə İngiltərədə onlayn
keçirilən "Beethoven
İnternational music Competition
2025" müsabiqəsində "Master
Prize" mükafatına layiq
görülmüşdür.
Sənətinin aşiqi
Söhbətinə davam
edən Həmayə Baxışova hazırda bir sıra layihələr
üzərində çalışdığını
və bu işlərin ona gələcəkdə daha
böyük uğurlar
qazandıracağını bildirdi. Dedi ki, uğurlarına görə müəllimləri,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Səbinə Mehdiyevaya, dosent İradə Xəlilovaya, professor, bəstəkar Adilə Yusifovaya, Bikə Axundovaya, Kəmalə Şıxəliyevaya, Ellada
Hüseynovaya minnətdardır:
"Adlarını çəkdiyim
və çəkmədiyim
insanlar mənə yalnız bilik yox, həm də
həyatıma ilham qatıblar, böyük səhnələrə gedən
yolları göstəriblər".
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Səbinə Mehdiyeva tələbəsi haqqında
xoş sözlər dedi: "Həmayə çox istedadlıdır.
İlk dəfə qarşılaşanda onun gözlərində musiqiyə
vurğunluq, sənət
aşiqliyi gördüm.
O, öyrəndikləri və
bildikləri ilə kifayətlənmir, daim öz üzərində çalışır. Əminliklə
deyirəm ki, onun gələcəyi çox parlaq olacaq. Çünki adi musiqiçi deyil, əsl sənət fədaisidir. İnanırıq ki, Həmayə indən sonra da ölkəmizi
beynəlxalq müsabiqələrdə
layiqincə təmsil edəcək, yeni-yeni uğurları ilə bizi sevindirəcək".
Söhbətimiz zamanı
gənc musiqiçi gələcək istəklərini
də dilə gətirdi: "Ən böyük arzum ölkəmizi daha geniş səhnələrdə
layiqincə təmsil etməkdir. Buna görə də indiyə qədər öyrəndiklərimlə kifayətlənmir,
daim öz üzərimdə çalışır,
yeni bilik və təcrübələrə
yiyələnirəm.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2025.- 20 aprel
(№ 78).- S.10.