Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü

 

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına yaxınlarına səbir diləyirəm.

Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.

Bu gün güclü qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr qürur hissi duyuruq.

Bir millət iki dövlətprinsipi əsasında həm sevincli, həm kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub bu cür davam edəcəkdir.

Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2025-ci il

Azərbaycan.-2025.- 6 fevral (№ 22).- S.1.