Erməni revanşistlərinin diasporunun arzuları gözlərində qalacaq

 

Garo Paylanın təhdid xarakterli açıqlaması həm Azərbaycanda, həm Türkiyədə hiddətlə qarşılanıb

 

Erməni diasporunun ən fəal üzdə olan nümayəndələrindən biri Garo Paylanın Azərbaycanın ərazi bütövlüyünə qəsd məzmunlu açıqlaması həm ölkəmizdə, həm qardaş Türkiyədə geniş müzakirələrə haqlı hiddətə səbəb olub. Paylan Türkiyə vətəndaşıdır, hətta həmin dövlətin parlamentində təmsil olunub. O, Türkiyənin torpaq bütövlüyünə qarşı illərdir təhdid olan, törətdiyi terror aktları ilə minlərlə insanın qanına bais olmuş PKK təşkilatını müdafiə edən Xalq Demokrat Partiyasının (HDP) ən fəal nümayəndələrindən biridir. Prinsipcə, PKK terror təşkilatının sıralarında çoxlu sayda erməninin iştirak etdiyi faktını nəzərə alsaq, G.Paylanın HDP-dəki missiyası xüsusi təəccüb doğurmur. HDP- onunla birlikdə pərdələnmiş separatizmlə məşğul olan onlarla üzv var ki, vaxtilə bu ya digər formada PKK ilə əlaqədə olublar.

 

Erməni revanşizminin ümidləri

 

Ötən həftə Yerevanda baş nazir Nikol Paşinyanla görüşən Karnegi Fondunun nümayəndə heyətinin tərkibində G.Paylan da təmsil olunurdu. Görüşdə onunla bərabər vaxtilə "Qarabağ - qara bağ" kitabı ilə məşhurlaşmış britaniyalı ekspert Tomas de Vaalın da olduğunu nəzərə alsaq, onların Paşinyanla söhbətinin ictimaiyyətə açıqlanmayan hissəsində nələri müzakirə etdiklərini aydınlaşdırmaq o qədər çətin deyil. De Vaal yazdığı kitabda neytrallıq nümayiş etdirməyə çalışsa da, xüsusilə son 4 ildə, yəni Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsindən sonra səsləndirdiyi birmənalı olmayan, obyektivlikdən uzaq bəyanatlar, yazdığı məqalələr verdiyi müsahibələrlə yadda qalıb.

İrəvanda Paşinyanla görüş Paylanın bir müddət öncə verdiyi müsahibəni Azərbaycanın ərazi bütövlüyünə qəsd, təhdid xarakterli ifadələri yenidən aktuallaşdırıb. O, müsahibələrindən birində bildirib ki, Ermənistan Azərbaycandan qisas almaq üçün 3-5 il gözləməlidir. Bu vaxt ərzində Fransa ABŞ Ermənistanı silahlandıracaq Yerevan yenidən Azərbaycana hücum edə biləcək: "Bizim indi Azərbaycana hücum etmək üçün imkanlarımız yoxdur, ona görə 4-5 il gözləməliyik. Biz bu müddət ərzində Fransa ABŞ-nin dəstəyi ilə ordumuzu gücləndirəcəyik".

Paylanın bu ifadələrində belə baxanda təəccübləndirici heç yoxdur - Azərbaycanda erməni faşizminə revanşizminə hamı yaxşı bələddir. Bizə çoxdan məlumdur ki, Ermənistanda böyükdən tutmuş kiçiyə qədər hamı vaxtsa yenidən Azərbaycan torpaqlarının işğalı arzuları ilə yaşayır. İstər radikallar olsun, istərsə özlərini sülh mələyi kimi göstərənlər... Bir müddət öncə 30 ildir özünü barış tərəfdarı qismində təqdim edən sabiq prezident Levon Ter-Petrosyanın azərbaycanlıların doğma yurdu olan hazırkı Ermənistan ərazisindən qanlı deportasiyaya rəhbərlik etdiyini təsdiqləyən videofaktların ictimailəşməsini unutmayaq. yaddan çıxarmamalıyıq ki, elə həmin Paşinyan da cəmi 4 il bundan əvvəl Qarabağı Ermənistanın "tərkib hissəsi" sayırdı. Onun Azərbaycan Ordusunun birgünlük antiterror əməliyyatı ərəfəsində Qarabağdakı separatçı qurumu "müstəqillik" münasibətilə təbrik etməsi yaddaşlardan silinməyib. Odur ki, Paylan da ter-petrosyanlardan, köçaryanlardan, sarqsyanlardan paşinyanlardan biridir. Ancaq məsələnin özəl tərəfləri bundan ibarətdir ki, Paylan xarici dövlətin vətəndaşıdır, ancaq "bizim" ifadəsini işlətməklə faktiki olaraq nümayiş etdirir ki, Azərbaycan torpaqlarının yenidən işğalı yalnız Ermənistan dövlətinin cəmiyyətinin istəyi deyil, həm dünyanın müxtəlif guşələrində yaşayan hər bir erməninin arzusudur. Üstəlik, o, qardaş Türkiyənin vətəndaşıdır, siyasi həyatda üzdə olanlardan biridir, hətta qanunverici orqanda da təmsil olunub...

 

Qardaş hiddəti

 

Onun müsahibəsində dedikləri qardaş Türkiyənin ictimai rəyində birmənalı qarşılanmayıb. Çünki türk xalqının dövlətinin çörəyini yeyib türk dünyasının bir parçası olan Qarabağın yenidən işğal edilməsini, türk qanının axıdılmasını arzulayan şəxs milliyyətcə erməni olsa da, hər halda Türkiyə vətəndaşıdır. O, keçmiş deputat kimi hələ dövlətdən məvacib alır. Belə olan halda onun həddi var ki, Azərbaycanın ünvanına təhdidlərlə çıxış etsin?

Onu da qeyd edək ki, Paylanın qızışdırıcı bəyanatlara müəlliflik etməsi ilk belə hal deyil. O, 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı yaramaz ifadələr söyləmiş, paylaşımlar etmişdi. Paylan hər ilin 24 aprelində mütəmadi olaraq Türkiyənin sivil barışdırıcılıq imicinə kölgə salan mahiyyətli müsahibələr verir, paylaşımlar edir, qardaş dövləti "ermənilərin genosidi"ndə günahlandırır. Ötənilki paylaşımında "soyqırımının törədilməsindən 109 ilin keçdiyini" yazmış bu qınaq obyektinə çevrilmişdi.

Onun son müsahibəsindəki fikirlərinin Türkiyənin ictimai rəyində ciddi rol oynayan simalar tərəfindən tənqid olunması göstərir ki, Paylan türk cəmiyyətində separatçı, türk kimliyinə düşmən olan şəxsdir. Şübhə yoxdur ki, onun Azərbaycanın ərazi bütövlüyünə yönələn ifadələri qarşıdakı günlərdə ciddi təhlil ediləcək, tənqid obyektinə çevriləcək.

 

Erməni separatizmi PKK

 

Paylan Türkiyədə separatçılıq fəaliyyəti ilə məşğul olanların siyasi qanadının aktiv üzvlərindən biridir. Qardaş ölkədə HDP-nin qeyri-rəsmi olaraq PKK-nın siyasi qanadı olduğunu yaxşı bilirlər. Türkiyəni terror silahlı təhdidlə qorxuda bilməyəcəklərini anlayan separatçılar ötən əsrin sonlarından etibarən aktiv siyasi fəaliyyətə başlayaraq özləri haqqında sivil imic formalaşdırmağa çalışırlar. Guya ki, Türkiyənin bütövlüyünə çalışırlar, ancaq "insan hüquqları" istiqamətində mübarizə aparırlar.

Çoxdan məlum olan faktdır ki, PKK sıralarında Türkiyəyə qarşı silahlı mübarizə aparanların içində yüzlərlə, minlərlə erməni var. Bəzi ekspertlər, hətta PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın da milliyyətcə erməni olduğuna əminliklərini bildirirlər. Türkiyəni "erməni amili" ilə bölə bilməyəcəklərini bilən dairələr ermənilərin fəal surətdə PKK-nın sıralarına siraət etmələrinə şərait yaradıblar. PKK erməni terrorçu təşkilatı olan ASALA ilə sıx əməkdaşlıqda olub və hətta ondan böyük təcrübə əxz etməyi bacarıb. PKK üzvləri Azərbaycan torpaqlarının işğalı prosesində iştirak ediblər. Odur ki, Paylanın sözügedən ifadələrinə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

Paylan 2018-ci ildə Türkiyədə parlament seçkilərində iştirakı zamanı "Tiqranakert"i təmsil etdiyini bildirirdi. Ermənilər Türkiyənin Diyarbəkir şəhərini "keçmiş Tiqranakert" hesab edirlər. Bu, Türkiyənin ərazi bütövlüyünə qarşı birbaşa təhdiddir. Mövzuya aidiyyəti olmasa da, məlumat üçün qeyd edək ki, ermənilərin "tapdıqları" 4 Tiqranakertdən biri də Azərbaycanın Ağdam rayonu ərazisində "yerləşir". Xəstə təxəyyülün məhsulu olsa da, ermənilərdə belə miflərə inanc yüksək səviyyədədir.

HDP-nin fəaliyyəti və G.Paylan kimi şəxslərin avantürist və qızışdırıcı bəyanatları qardaş dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəfələrlə sərt tənqid edilib. Türkiyə lideri HDP-nin erməni təbliğatının alətinə çevrildiyini birdirib: "Bu partiya ermənilərin əsassız iddialarını hakimiyyətlə mübarizədə bayrağa çevirir və təkidlə Türkiyənin partiyası olmaqdan imtina edir". Qardaş dövlətin Prezidenti Paylan kimilərinin missiya və mahiyyətlərini də diqqətdən kənarda qoymamağı məsləhət görüb. "PKK terrorçu təşkilatının bir hissəsi olan bu satqınlar parlamentdə təmsil olunaraq millətin ödədiyi vergilər hesabına yaşayırlar. Mənim xalqım buna imkan verə bilməz", - deyə Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə bəyan edib.

Şübhə yoxdur ki, Paylan kimilərinin fəaliyyəti nə Azərbaycanı, nə də qardaş Türkiyəni haqq yolundakı mübarizələrindən döndərə bilməz və dövlətlərimiz erməni təhdidlərinin cavabını vermək üçün istənilən an ən sərt və qətiyyətli addımlar atmağa hazırdır. Bununla belə, Paylan erməni revanşizminin aşkar təzahürüdür və onun kimilərinin söylədikləri bütün dünya üçün xəbərdarlıq olmalıdır: himayə etdiyiniz xalq və dövlətin gündəmində yalnız bir məsələ var - o da işğaldır!

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2025.- 6 fevral (№ 22).- S.7.