“Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi tərəfindən təmsil
olunan Azərbaycan Respublikası Hökuməti
ilə İqtisadi və Sosial Məsələlər Departamentinin
Dövlət Təşkilatları
və Rəqəmsal Hökumət Bölməsi
tərəfindən təmsil
olunan Birləşmiş
Millətlər Təşkilatı
arasında Töhfə
Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il noyabrın
11-də Bakı şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən
təmsil olunan Azərbaycan Respublikası
Hökuməti ilə
İqtisadi və Sosial Məsələlər
Departamentinin Dövlət
Təşkilatları və
Rəqəmsal Hökumət
Bölməsi tərəfindən
təmsil olunan Birləşmiş Millətlər
Təşkilatı arasında
Töhfə Sazişi”
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Töhfə Sazişi
qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Töhfə Sazişinin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Birləşmiş
Millətlər Təşkilatına
bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 fevral 2025-ci il
Azərbaycan.-2025.- 6 fevral
(№ 25).- S.2.