“PAŞA Holding”in təşkilatçılığı ilə Azərbaycanda ilk regional “LEGIS Hüquq Forum”u keçirilib

 

 

Fevralın 5-də “PAŞA Holding” onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u uğurla başa çatıb. Sözügedən forum Azərbaycanda bu silsilədən ilk tədbir olaraq, dövlət rəsmilərini, özəl sektorun nümayəndələrini, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığı daha da təşviq etmək, hüquq mütəxəssisləri üçün bilik mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq idi.

Tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fərid Əhmədov, Prezident Administrasiyasının Qanunvericilik hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Baş prokuror Kamran Əliyev, Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə holdinqin Qrup üzrə Hüquq Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.

“PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib. “Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda tədbir keçirilir bizim üçün bu forumun təşəbbüskarı təşkilatçısı qismində çıxış etmək həm çox sevindirici, həm çox qürurvericidir", - deyə Cəlal Qasımov bildirib.

Qeyd edək ki, tədbir qlobal yerli spikerlərin çıxışları ilə yadda qalıb. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edilib. Forum iştirakçıları müasir hüquq sistemlərinin qarşılaşdığı çağırışlar innovativ həll yolları üzərində dayanaraq, rəqəmsal ekosistemin inkişafı hüquqla inteqrasiyası, eləcə yeni texnologiyaların qanunvericiliyə təsiri mövzularında fikir mübadiləsi aparıblar.

Tədbirin ən maraqlı məqamlarından biri isə, robot Sofiyanın iştirakı olub. O, hüquq innovasiyaların birgə inkişaf edərək, gələcəyin qanunvericiliyini necə formalaşdıra biləcəyini göstərib.

“LEGIS Hüquq Forumuhüquq sahəsində yeni perspektivlər açaraq, bilik təcrübə mübadiləsini təşviq edib, eləcə gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradıb.

 

Azərbaycan.-2025.- 6 fevral (¹ 25).- S.3.