Paşinyanın yeni korrupsiya fırıldağı

 

Ermənistan problemlər içərisində boğulur, İrəvan meri isə 800 min dollara malikanə alır

 

Məğlub Ermənistanı idarə edən şəxslər ölkədə korrupsiya rüşvət sistemini daim genişləndirmələri ilə seçilirlər. Bu xüsusda erməni mediasında kifayət qədər maraqlı məlumatlar yer alıb indiki baş nazir Nikol Paşinyanın əməllərinə xüsusi diqqət yetirilir. Məsələn, qeyd olunur ki, 7 il bundan əvvəl heç nəyi olmayan Paşinyan ailəsi ötən müddət ərzində Ermənistanda ən varlı insanlara çevriliblər.

Postmüharibə dövründə əhalinin gəlirlərinin azalmasına, yerlərində ixtisarlara müəssisələrin bağlanmasına baxmayaraq, bu, baş nazirin rifahına təsir etməyib.

Yerli media yazır ki, Qərbin kölgəsindən qorxaraq gizlənən Paşinyanın ölkənin ən kasıb baş naziri sayıldığı günlər keçib. 2018-ci ilin yazında o, Ermənistanın yüksəkvəzifəli rəsmilərinin etika komitəsinə bir bəyannamə təqdim edib, onun bir il üçün qazancı təqribən 16 min dollar təşkil edib, eyni zamanda bu məbləğin 12 min dolları deputat maaşı hesab olunur. Bu fonda "4rd.am" nəşri yazır: "Məlum oldu ki, Paşinyan həyat yoldaşının xarici aktivləri, bank hesabları ya qiymətli kağızları yoxdur. Bununla yanaşı, Ermənistan hökumətinin başçısı heç bir daşınmaz əmlaka sahib deyil. Ermənistanın birinci xanımı Anna Hakopyanın 2018-ci ilin əvvəlində vergi vəsaiti 1000 dollar təşkil edib ilin sonuna qədər bu məbləğ dəyişməyib". Amma indi vəziyyət dəyişib: bu ailə varlı insanların siyahısındadırlar.

Son günlərdə diqqət mərkəzində olan məsələlərdən biri Paşinyanın komandasının dövlət büdcəsinə mütəmadi olaraq vurduqları ziyandır. Belə ki, İrəvan şəhərinin meri Tiqran Avinyan Nork rayonunda yeni malikanə alıb. Sövdələşmənin faktiki qiyməti, təbii ki, gizli saxlanılır, lakin malikanə 650 min dollara satılıb. "Oragir.News" nəşri yazıb ki, yeni ev Avinyanın anasının adına rəsmiləşdirilib: "Onu da öyrəndik ki, Avinyan ona bitişik, kommunal əhəmiyyət kəsb edən torpaq sahəsini götürüb mülkinə əlavə edib. Təxmini hesablamalara görə, bundan sonra malikanənin ümumi dəyəri 800000 dolları keçib. Yeri gəlmişkən, bu yaxınlarda Norka yeni yol açıldı. O da təsadüfi deyil ki, bu yol merin yeni malikanəsinin yanından keçir".

Merin mətbuat katibi Ayk Kostanyan bu mövzuda səs yazısı dərc edəcəyini bildirib. Yeri gəlmişkən, baş nazir daxil olmaqla, Paşinyan hakimiyyətinin bütün funksionerləri demokratiya damğası adı ilə son 5 il ərzində özlərinə bahalı malikanələr, avtomobillər alıblar. Bu sırada ən çox Paşinyanın xanımı Anna Akopyanın onun deputat qardaşı Qraçya Akopyanın adları hallanır.

İrəvanda isə ictimai nəqliyyatda gedişhaqlarının bahalaşmasına etiraz olaraq keçirilən kütləvi boykot aksiyası artıq dörd gündür ki, davam edir. Boykotun əsas təşəbbüskarı vətəndaşları gediş haqlarını köhnə qiymətlərlə ödəməyə çağıran "Ana Ermənistan" fraksiyasıdır.

İrəvanın keçmiş meri Ayk Marutyan artıq tələbələrin işçi sektorun da boykot aksiyasına qoşulduğunu bu kampaniyanın getdikcə daha da genişlənəcəyinə ümid etdiyini bildirib. Xatırladaq ki, İrəvanın yerli hökuməti ötən həftə ictimai nəqliyyatda minimum gedişhaqqını 100 dramdan 150 drama qaldırıb.

Ermənistanda bütün sferalarda yaranan gündən-günə dərinləşməkdə olan problemlərdən yaxın perspektivdə xilas üçün əhalidə heç bir ümid yoxdur. Bunu şərtləndirən əsas səbəblərdən biri kimi baş nazir seçildikdən sonra verdiyi bütün vədlərə əməl etməyən Nikol Paşinyan iqtidarının konkret plan proqramlara malik olmamasıdır. Digər səbəbi isə hakimiyyətdə yer alan bəzi vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya rüşvətxorluqla məşğul olmalarıdır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2025.- 6 fevral (№ 22).- S.6.