Makron-Senat qarşıdurması böyüyür

 

Fransa prezidenti ölkəsinin problemlərinin həllinə çalışmaq əvəzinə başqa dövlətlərin işinə müdaxilə edir

 

Fransa Senatı keçmiş baş nazirlərə prezidentlərə verilən imtiyazların ləğvi üçün 2025-ci il büdcəsinə düzəliş etməyə səs verib. Milli Assambleyanın birgə komitəsi tərəfindən təsdiqlənməli olan təşəbbüsün sayəsində büdcəyə ildə 2,8 milyon avro qənaət edəcəyi proqnozlaşdırılır.

Bu məsələ ölkə siyasətçiləri arasında birmənalı qarşılanmayıb. Normandiyadan olan mərkəzçi senator Natali Qulet deyib ki, keçmiş prezidentlər baş nazirlər üçün imtiyazların ləğvi qəbul edilib biz pula belə qənaət edirik!

Fransanın baş nazirləri təqaüdə çıxdıqdan sonra xidməti avtomobil, şəxsi sürücü şəxsi katib hüququna malikdirlər. Lakin bu imtiyazlar 2019-cu ildən yaşa görə məhdudlaşdırılıb: onlar yalnız keçmiş məmurun 67 yaşına çatana qədər etibarlıdır.

Göründüyü kimi, Fransa hökuməti Senatla bir çox qərarların qəbulunda müzakirəsində fikir ayrılığı yaşayır. Bütün bunlar ölkədə siyasi gərginliyə səbəb olur, daxili xaos daha da dərinləşir. Fransa prezidenti Emmanuel Makron regionda başqa dövlətlərin işlərinə qarışmaqdansa, özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən ksenofobiya, islamofobiya, irqi milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ mövcud olan qalıqlarına fokuslanmalıdırlar.

Hər kəsə məlumdur ki, Fransada etnik azlıq onların haqlarının müdafiəsi anlayışı qəbul edilmir, bu ölkə işğal etdiyi Korsika adasında yerli xalqın dilini tanımır, dənizaşırı ərazilərdə hələ müstəmləkəçilik siyasəti yürüdür həmin xalqların hüquq azadlıqlarına hörmət etmir. Bu azmış kimi, "insan haqlarının müdafiəçisi" roluna girib, guya digər regionlarda yaşayan hansısa azlıqlar üçün xüsusi hüquqlar tələb edir.

Bu arada üç fransız senator hazırladıqları hesabatda Prezident Emmanuel Makronun Afrikadakı xarici siyasətinin uğursuzluqları ilə yanaşı, onun Fransanın imicinə qitə ölkələri ilə münasibətlərə mənfi təsirini vurğulayıblar. Fransada Senat tərəfindən açıqlanan hesabatda fransız qoşunlarının ardıcıl şəkildə Mali, Burkina Faso, Niger ən son Çaddan çıxarılmasının, son illərdə qitədə Fransanın imicinin, onun müəyyən ölkələr onların əhalisi ilə münasibətlərinin ümumi şəkildə pisləşməsinin prezident Emmanuel Makronun xarici siyasətinin böyük uğursuzluğunun nəticəsi olduğu bildirilib.

Senatorlar bu uğursuzluğu E.Makronun istifadə etdiyi metodlar, eləcə əvvəllər Fransanın tərəfdaşı olmuş bir çox rejimin devrilməsinə gətirib çıxaran vəziyyətin dərindən təhlil edilməməsi ilə əlaqələndiriblər.

Fransanın verdiyi bir sıra rəsmi qərarlar bəyanatların təkəbbürlü, Afrika liderlərinə ya xalqlarına qarşı aşağılayıcı xarakter daşıdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Çaddan sonra Seneqal da Fransa hərbi bazalarının 2025-ci ilin sonunadək ölkədən çıxarılmasını tələb edib. Kot-d'İvuar Prezidenti Alassan Uattara isə Fransa hərbi bazasının artıq ölkənin nəzarəti altında olacağını bildirib.

Eyni zamanda Fransanın Qərbi Mərkəzi Afrikadakı mövcudluğunun "yenidən qurulması" planına uyğun olaraq, Parisin Qabondakı hərbi mövcudluğu Mali, Burkina Faso Nigerdən qoşunların çıxarılması ilə əlaqədar azaldılır. Son illərdə bu üç ölkədə bir sıra dövlət çevrilişləri suveren yerli liderlərin yüksəlişi ilə yanaşı, Fransanın Afrikadakı keçmiş müstəmləkələri arasında münasibətlərdə əsaslı dəyişikliyə gətirib çıxarır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2025.- 6 fevral (№ 22).- S.7.