Şuşada ağıllı su sistemi qurulur

 

Şəhərin su təchizatı SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək

 

30 illik işğal dövründə ermənilər təkcə Şuşanın tikililərini, abidələrini  dağıtmamışdılar. Onlar həmçinin şəhərin infrastrukturunu məhv etmişdilər. 2020-ci ilin noyabrında şəhəri tərk edərkən isə su təminatını yerlə bir etmiş, magistral su kəmərlərini bərbad hala salmışdılar.

 Zəfərdən dərhal sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)  bir qrup əməkdaşı Şuşaya ezam olundu. Mütəxəssislər su mənbələri, magistral xətlər, anbarlar paylayıcı şəbəkələrin vəziyyətini araşdırdılar təxirəsalınmaz tədbirlər planı hazırlayıb işə başladılar. Kiçik Kirs mənbəyi Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olundu 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edildi.

Amma işlər dayanmadı. Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanıldı dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin olundu. Bundan başqa, Kiçik Kirs Zarıslı mənbələrində alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanıldı. Həmin məqsədlə Daşaltı kəndinin yaxınlığında - Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası diametri 159 mm, uzunluğu 2,9 km olan yeni təzyiqli kəmər inşa edildi. Eyni zamanda diametri 325 mm, uzunluğu 9,3 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 mm olan borularla dəyişdirildi.

 Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov deyir ki, şəhərə 2 mənbədən su daxil olur - Zarıslıçay Kiçik Kirs su mənbəyindən: "Bu mənbələrdə aparılan yenidənqurma işləri nəticəsində Zarıslıçay mənbəyinin hövzəsində tikilmiş bənddə nasos stansiyası qurulub.  Şuşa şəhərinin daimi su ilə təminatında nəzərdə tutulan sutəmizləyici qurğunun qısa müddətdə istifadəyə verilməsi üçün lazım olan tədbirlər həyata keçirilib. Buradan təmizlənmiş su 2000 kubmetrlik məsafədə yerləşən anbara ötürülür. Bütün emal proseslərindən keçdikdən sonra sakinlərə çatdırılır".

Qeyd edək ki, mövcud sutəmizləyici qurğuda 12 qum süzgəci, daxili kommunikasiya xətləri digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Ümumi həcmi 6000 kubmetr olan 3 su anbarının layihələndirilməsini anbarlardan birinin tikintisinin başa çatdığını da qeyd etsək, Şuşanın su təminatında problemin olmadığını deyə bilərik. Bu gün şəhərdə inşa edilən yeni yaşayış kompleksinin sakinləri 24 saat dayanıqlı, keyfiyyətli su ilə təmin edilirlər. Yeri gəlmişkən, qeyd edək ki, düşmənin qurutduğu "Xan qızı" bulağı da bərpa olunaraq yenidən Şuşa sakinlərinin istifadəsinə verilib.

ADSEA-nın məlumatına görə, "Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na uyğun indi şəhərdə kanalizasiya yağış suları sistemi yenidən qurulur. Layihəyə əsasən, 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqar çayına axıdılacaq.

Şuşa şəhərində yaradılan bu yeni infrastruktur "ağıllı su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2025.- 6 fevral (№ 26).- S.11.