KOBİA-nın Müşahidə Şurasının iclasında 2025-ci ilə dair planlar müzakirə olunub

 

 

Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində fəaliyyətinə 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə, eləcə gündəlikdə duran digər məsələlərə dair təqdimatlar keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, o cümlədən sahibkarların bilik bacarıqlarının artırılması, maliyyə resurslarına satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Həmçinin müasir çağırışlara uyğun olaraq bizneslərin ehtiyacları mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması, xidmət infrastrukturunun inkişafı rəqəmsallaşdırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.

İclasda qeyd olunan istiqamətlər digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

 

Azərbaycan.-2025.- 6 fevral (№ 26).- S.3.