Azərbaycanın Monqolustanın XİN-ləri arasında ikinci siyasi məsləhətləşmələr aparılıb

 

 

Fevralın 3-5-də xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın Hökumət missiyası Monqolustanda səfərdə olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı xarici işlər nazirinin müavini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri xanım Batmunx Battsetseq, yol nəqliyyat naziri Delqersixan Borxuu, Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Odbayar Erdenetsoqt ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycanın Hökumət missiyasını yüksək qiymətləndirib hər iki tərəf üçün maraq doğuran, o cümlədən yüksəksəviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Monqolustan Xarici İşlər Nazirliyinin Dövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksəksəviyyəli səfərlər mübadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti perspektivləri müzakirə olunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənaye Nazirliyi AzərGoldnümayəndələri üçün Monqolustanın müvafiq dövlət qurumlarının yüksəkvəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Azərbaycan nümayəndələri üçün bir neçə sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir sıra sənaye zonalarına turlar təşkil edilib.

 

Azərbaycan.-2025.- 6 fevral (№ 26).- S.3.