Azərbaycan
Respublikası Prezidentinin
Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
əlavə tədbirlər
haqqında 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, № 11, maddə
2030 (Cild I); 2024, № 2, maddə
159) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-cı hissədə
"2024-cü" sözləri
"2026-cı" sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla
təsdiq edilmiş Əlavə 3 - "Sahibkarlar
tərəfindən manatla
alınan kreditlərə
təminat verilməsi
Qaydası"nın 3.2-ci bəndi
üzrə:
1.2.1. 3.2.2-ci yarımbənddə "60 (altmış)"
sözləri "30 (otuz)"
sözləri ilə əvəz edilsin və həmin yarımbənddən "(borcalanın
zamin durduğu öhdəliklər istisna
olmaqla)" sözləri
çıxarılsın;
1.2.2. 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərdə
"60 (altmış)" sözləri
"30 (otuz)" sözləri
ilə əvəz edilsin və həmin yarımbəndlərdən
"(onların zamin durduqları öhdəliklər
istisna olmaqla)" sözləri çıxarılsın;
1.3. həmin Fərmanla
təsdiq edilmiş Əlavə 5 - "Sahibkarlar
tərəfindən manatla
alınan kreditlərə
hesablanmış faizlərə
görə subsidiya verilməsi Qaydası"nın
4.6-cı bəndində "həmin ilin" sözləri "faiz subsidiyası verilən müddətin" sözləri
ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 5, maddə
897 (Cild I)
3.2-ci bəndində
"2024-cü" sözləri
"2026-cı" sözləri ilə, "2027-ci" sözləri
"2029-cu" sözləri ilə əvəz edilsin.
3. Bu Fərman
2025-ci il yanvarın
1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 fevral 2025-ci il
Azərbaycan.-2025.- 7 fevral
(№ 27).- S.2.