2025-ci il yanvarın 29-da keçirilmiş
bələdiyyə seçkilərində
Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 28 saylı
müraciətə baxılmasına
dair Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar № 8/40
2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 95 saylı
Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən
Məlikli bələdiyyəsi
üzvlüyünə qeydə
alınmış namizəd
Mahmudov Əhməd Kamal oğlu 2025-ci il fevralın 4-də Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək
səsvermə günü
adıçəkilən seçki
dairəsinin 14, 15, 16 və
17 saylı seçki məntəqələrində qanun
pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını
və bununla bağlı müvafiq tədbirlərin görülməsini
xahiş etmişdir.
Müraciət Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin (bundan
sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə
uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində
yaradılmış ekspert
qrupunun üzvü tərəfindən nəzərdən
keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən
keçirilərkən müəyyən
olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət
ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə
rəy vermişdir.
Seçki Məcəlləsinin
112.1-ci maddəsinə görə,
seçki subyektləri
vətəndaşların seçki
hüquqlarını pozan
qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
həmin qərarın
dərc edildiyi və ya alındığı,
hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən
başlayaraq 3 gün müddətində şikayət
edə bilər.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən
qərara alır:
1. 2025-ci il yanvarın
29-da keçirilmiş bələdiyyə
seçkilərində 95 saylı
Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən
Məlikli bələdiyyəsi
üzvlüyünə qeydə
alınmış namizəd
Mahmudov Əhməd Kamal oğlunun 4 fevral 2025-ci il tarixli 28 saylı müraciəti şikayətvermə
müddətinin ötürülməsi
ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2025
Azərbaycan.-2025.-
7 fevral (№ 27).- S.13.