Mərakeşli
jurnalistlər Milli Kitabxananda olublar
İyulun 5-də Diasporla
İş üzrə
Dövlət Komitəsinin
dəstəyi ilə Azərbaycana səfər edən mərakeşli jurnalistlər Azərbaycan
Milli Kitabxanasının
qonağı olublar.
Milli Kitabxanadan
AZƏRTAC-a bildirilib ki,
direktor professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının dünyanın
57 Milli Kitabxanası ilə qarşılıqlı
əməkdaşlıq haqqında
Memorandum imzaladığını,
Mərakeş Milli Kitabxanası ilə isə mövcud müqavilənin oktyabr ayında yenilənəcəyini
diqqətə çatdırıb.
Beş milyona yaxın kitab fondu olan Azərbaycan
Milli Kitabxanasının
2023-cü ildə 100 illik
yubileyinin qeyd edildiyini vurğulayan direktor Milli Kitabxananın dünyanın
95-dən artıq milli
və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi etdiyini söyləyib. O, Azərbaycan
Milli Kitabxanasının
bir çox beynəlxalq qurumlara da üzv olduğunu
deyib.
Direktor son iki ildə Mədəniyyət
Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasının dünyanın 6 Milli Kitabxanasında Azərbaycan
ədəbiyyatı guşəsinin
açıldığını diqqətə çatdırıb.
Həmçinin Azərbaycanın
tarixinin, mədəniyyətinin,
ədəbiyyatının, adət-ənənələrinin təbliği istiqamətində
Milli Kitabxananın dünyaya açılan pəncərələrdən biri
olduğunu qeyd edib.
Sonra Kərim Tahirov Mərakeşin Elektron Media Nyus jurnalının jurnalisti Driss Lyakoubi, “Morocco World News” jurnalının
həmtəsisçisi və
direktoru Adnane Bennis, “Maroc Habdo” fransızdilli həftəlik siyasi jurnalın jurnalisti Aissa Amourag və
digər jurnalistlər
tərəfindən verilən
sualları cavablandırıb.
Adnane Bennis tərəfindən
“The Self-Determination Delusion: How Activist Scholars and Journalists Have
Hijacked the Western sahara Case” kitabı
Azərbaycan Milli Kitabxanasının
direktoruna hədiyyə
edilib.
Sonra Azərbaycan Milli Kitabxanası
ilə tanışlıq
olub.
Sonda Kərim
Tahirov qonaqlara Milli Kitabxananın 100 illik yubileyi münasibətilə
çap olunan “Azərbaycan Milli Kitabxanası”
fotoalbomunu hədiyyə
edib.
Azərbaycan.-2025.- 6 iyul
(¹ 136).- S.7.