Fikrət
Qocanın 90 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2025-ci ilin avqust
ayında Azərbaycanın
Xalq şairi, Dövlət mükafatı
laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və
dünya bədii fikrinin nailiyyətlərindən
uğurla bəhrələnərək
orijinal dəst-xətini
formalaşdırmış söz ustalarındandır.
Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin
ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin
60-cı illərində Azərbaycan
poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat
və zaman haqqında lirik-fəlsəfi
ümumiləşdirmələrlə zəngin yaradıcılığında
müasir insanın mənəvi-əxlaqi kamillik
axtarışları özünün
dolğun poetik əksini tapmışdır.
Fikrət Qoca ədəbi fəaliyyəti
boyunca yüksək ictimai amala sadiq
qalmış, doğma
xalqının azadlıq
ideallarının tərənnümünü
daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi
işinə öz töhfəsini vermişdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və Azərbaycan ədəbiyyatının inkişafında
xidmətlərini nəzərə
alaraq, Xalq şairi Fikrət Qocanın 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini
nəzərə almaqla,
Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər
planı hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 may 2025-ci il
Azərbaycan.-2025.- 9 may (№94).- S.2.