Azərbaycan Respublikasının mədəniyyət
və elm xadimlərinə Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında
mədəniyyətin və
elmin inkişafında
xidmətlərinə görə
aşağıdakı şəxslərə
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdü verilsin:
Axundov Elçin
Əbdül oğlu
Amənzadə Raihə
Barxudar qızı
Fərəcov Sərdar
Fərəculla oğlu
Göyüşov Nəsib
Cümşüd oğlu
Məmmədov Sabir
Novruz oğlu
Rövşən Ramiz
Məmmədəli oğlu
Yaqubova Ella İsmayıl qızı.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 may 2025-ci il
Azərbaycan.-2025.- 9 may (№94).- S.2.