Milli Məclisin sədri Sahibə Qafarova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb

 

Mayın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağı onun başçılıq etdiyi nümayəndə heyətini  Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, əsası ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq əməkdaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir. Bu əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin görüşlərin müstəsna rol oynadığını deyən spiker Sahibə Qafarova dövlət başçılarımızın qarşılıqlı səfərlərinin bu münasibətlərin dinamikasını müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri, dünən imzalanmışAzərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın digər mühüm sənədlərin əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevlə aparılmış müzakirələrin tezliklə öz bəhrəsini verəcəyinə əminliyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verən hakim partiyaların - Yeni Azərbaycan Partiyasının Vyetnam Kommunist Partiyasının rolu da xüsusi qeyd edilib.

Spiker diqqətə çatdırıb ki, ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə BMT Qoşulmama Hərəkatı çərçivəsində konstruktiv əməkdaşlığı, Vyetnamın ədalətli mövqeyi ölkəmizin ərazi bütövlüyünə suverenliyinə verdiyi dəstək Azərbaycanda yüksək qiymətləndirilir.

İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolundan danışan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan parlamenti olaraq biz parlamentlərarası əlaqələrimizin inkişafında maraqlıyıq bunun üçün yaxşı imkanlar var. Spiker parlament sədrləri deputatlar səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, parlament komitələri arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Milli Məclisin sədri bu sahədə hər iki parlamentdə fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini qeyd edib, qarşılıqlı səfərlərin görüşlərin əməkdaşlığın inkişafına mühüm təkan verdiyini vurğulayıb. Spiker Sahibə Qafarova bildirib ki, Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var. Spiker mühüm platformalardan biri olan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Vyetnam parlamentarilərinin daha fəal iştirak edəcəklərinə inamını ifadə edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb onun adından spiker Sahibə Qafarovanı Vyetnama səfərə dəvət edib.

Söhbət zamanı qonaq ölkəmizə bu səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşünə, aparılmış müzakirələrə imzalanmış ikitərəfli sənədlərə dair təəsüraflarını bölüşüb. O, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun bölgədə gedən proseslərin Vyetnamda diqqətlə izlənildiyini qeyd edib. Qonaq bildirib ki, bu səfər çərçivəsində imzalanmış sənədlər xalqlarımızın mənafeyinə xidmət edir münasibətlərimizi yeni səviyyəyə qaldırır.

Qonaq əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş qarşılıqlı əlaqələrimizin bu gün uğurla inkişaf etdirilməsindən məmnunluğunu bildirib.

Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu yüksək qiymətləndirən Baş katib To Lam qarşılıqlı səfərlərin intensivliyinin artırılması, parlament komitələri arasında informasiya təcrübə mübadiləsi, qanunvericilik sahəsində əməkdaşlıq, imzalanmış ratifikasiya olunmuş ikitərəfli sənədlərin icrasına nəzarətin artırılması, ASEAN Parlament Assambleyası digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Qonağın fikirlərinə münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova onun da salamlarını Vyetnam Milli Assambleyasının sədrinə çatdırmağı xahiş edib həmkarını  ölkəmizə səfərə dəvət edib. Spiker Milli Məclisin həmişə qarşılıqlı əməkdaşlığın inkişafına hazır olduğunu diqqətə çatdırıb bu əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə inamını bildirib. Spiker qonağın cənab Prezidentlə görüşü zamanı iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı müəyyən edilmiş istiqamətlərin parlamentlər tərəfindən dəstəklənməsinə çağırış edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Görüşdən sonra   Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Milli Məclisin Xatirə kitabını imzalayıb.

 

Azərbaycan.-2025.- 9 may (№94).- S.4.