Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası Sən
elə bir zirvəsən adlı tədbir təşkil edib
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası
müasir Azərbaycanın
qurucusu, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci
ildönümünə həsr
olunmuş "Sən
elə bir zirvəsən" adlı
tədbir təşkil
edib.
"Bakı Konqres
Mərkəzi" MMC-də
keçirilən tədbirdə
mərkəzi icra hakimiyyəti orqanlarının
və digər qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimai təşkilatların
nümayəndələri və
həmkarlar ittifaqlarının
çoxsaylı üzləri
iştirak ediblər.
Əvvəlcə Dövlət
Himni səsləndirilib.
Sonra Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi,
xalqımızın rifahı
və müasir Azərbaycanın inkişafı
üçün tarixi
xidmətlərini əks
etdirən film nümayiş olunub.
Tədbirdə vurğulanıb
ki, xalqımızı
ağır sınaqlardan,
ölkəmizi dərin
böhrandan xilas edən Ulu Öndər
Azərbaycanın tərəqqi
və inkişaf yolunun əsasını qoyub. Milli maraqları
hər şeydən üstün tutan, demokratik prinsiplərə,
vətəndaş cəmiyyətinin
inkişafına böyük
önəm verən Ümummilli Lider həmkarlar ittifaqlarına
böyük diqqət
və qayğı göstərib. Konfederasiyanın
formalaşmasında və
fəaliyyətinin genişlənməsində
dahi şəxsiyyətin
tövsiyə və məsləhətləri bu
gün də əsl yol xəritəsidir.
Həmçinin bildirilib
ki, Ulu Öndərin
siyasi kursunu onun layiqli davamçısı
Müzəffər Ali
Baş Komandan, cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının birgə
addımladığı, ən
yaxın silahdaşı
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin
daha da qüdrətlənməsində
xidmətləri əvəzsiz,
dahi şəxsiyyətin
zəngin irsinin öyrənilməsində və
təbliğində Ulu
Öndərin adını
daşıyan, işıqlı
ideyalarını yaşadan
Heydər Əliyev Fondunun rolu misilsizdir.
Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim olunub. Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi, rəğbət bəslədiyi musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfiri, Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb və tamaşaçılar onu böyük alqışlarla qarşılayıb.
Azərbaycan.-2025.- 9 may (№94).- S.7.