Şuşada
konfrans: “Ümummilli Lider Heydər Əliyev yolu müasir Azərbaycan tarixinin uğur salnaməsidir”
Yeni Azərbaycan
Partiyası (YAP) Şuşa
rayon təşkilatı
tərəfindən Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü
münasibətilə Şuşa
şəhər 1 nömrəli
tam orta məktəbdə “Ümummilli
Lider Heydər Əliyev yolu müasir Azərbaycan tarixinin uğur salnaməsidir” mövzusunda
konfrans keçirilib.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub,
dahi şəxsiyyətin
xatirəsi ehtiramla anılıb.
Tədbirdə Dövlət
Himni səsləndirilib,
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin
xatirəsi ehtiramla yad edilib. Sonra
Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs
edən videoçarx nümayiş olunub.
Konfransda Şuşa
rayonunda Azərbaycan Respublikasının xüsusi
nümayəndəsi Aydın
Kərimov, YAP İdarə
Heyətinin üzvü,
Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü,
Milli Məclisin deputatı Elman Məmmədov, YAP Mərkəzi
Aparatının məsul
əməkdaşı və
digər şəxslər
iştirak ediblər.
Tədbirdə çıxış
edənlər Ümummilli
Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat
yolu, zəngin və çoxşaxəli
irsi, Vətənə,
xalqa qarşı misilsiz xidmətlərindən
danışıb, müstəqil
Azərbaycanın qazandığı
bütün müvəffəqiyyətlərin
təməlində Ümummilli
Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin dayandığını
qeyd ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında
fəal iştirak edən partiya üzvlərinə fəxri
fərmanlar, YAP sıralarına
yeni qəbul olunan üzvlərə isə partiya vəsiqələri təqdim
edilib.
Tədbirə bədii hissə ilə yekun vurulub.
Azərbaycan.-2025.- 9 may (№94).- S.7.