Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin tabeliyində
olan körpələr
evinin işçilərinin
əməkhaqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
tabeliyində olan körpələr evinin işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
tabeliyində olan körpələr evinin işçilərinin Vahid
Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına
1,5–3 dəfə artım
əmsalları tətbiq
edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. bu Sərəncamın
1-ci hissəsi ilə müəyyən edilən
artım əmsallarının
şamil olunacağı
işçilərin əhatə
dairəsini və görülən işin xüsusiyyətindən asılı
olaraq miqdarını müəyyən etsin;
2.2. bu Sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
3. Bu Sərəncamın
1-ci hissəsi 2025-ci il
avqustun 1-dən tətbiq
edilir.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2025-ci il
Azərbaycan.-2025.-
5 oktyabr (№214).- S.2.