Bələdiyyə
seçkilərində polisin
xidməti fəaliyyətinə
həsr olunan regional seminar-müşavirələrə
başlanılıb
Azərbaycan Respublikasında
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərinə
yüksək səviyyədə
hazırlıq görülür,
azad, ədalətli və şəffaf keçirilməsi, habelə
fərqli statuslu seçki iştirakçılarının
maarifləndirilməsi məqsədilə
müxtəlif istiqamətlər
üzrə layihələr
davam etdirilməkdədir.
AZƏRTAC xəbər verir ki, genişmiqyaslı
proqrama uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının
Daxili İşlər
Nazirliyi ilə birgə layihəsi çərçivəsində regional seminar-müşavirələrə
start verilib və ilk tədbir
Mərkəzi Seçki
Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin
iştirakı ilə
yanvarın 14-də Bakı
Şəhər Baş
Polis İdarəsində
təşkil olunub.
Polisin xidməti
fəaliyyətinə həsr
edilən sözügedən
layihə bələdiyyə
seçkiləri keçirilən
seçki dairələri
dairə seçki komissiyalarının sədrlərini
və polis orqanlarının nümayəndələrini
əhatə edir.
Seminar-müşavirələr zamanı Mərkəzi Seçki Komissiyasının
üzvləri, Komissiya
Katibliyinin əməkdaşları
və Daxili İşlər Nazirliyinin
aidiyyəti qurumlarının
nümayəndələrinin təqdimatında bələdiyyə
seçkilərinə hazırlıq
mərhələsi, seçkiqabağı
təşviqat dövrü,
o cümlədən səsvermə
günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə
müəyyənləşdirilmiş rol və vəzifələrinə
dair çıxışlar
dinləniləcək, fikir
mübadiləsi və
müzakirələr aparılacaq.
Qurumlararası sıx
əməkdaşlıq sayəsində
ərsəyə gələn
layihə növbəti
mərhələdə yanvarın
16-da Gəncədə, yanvarın
17-də Şəkidə, yanvarın
18-də Şirvanda və
yanvarın 21-də Naxçıvanda
regionlar üzrə dairə seçki komissiyalarının sədrləri
və polis orqanları nümayəndələrinin
iştirakı ilə
keçiriləcək.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.
Azərbaycan.-2025.- 15 yanvar (№ 8).- S.6.