Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub

 

Xocalıda sakinlərə evlərinin açarları təqdim olunub

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Ballıca kəndində Şuşa şəhərində ümumilikdə 28 ailə olmaqla, 135 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

AZƏRTAC xəbər verir ki, Xocalı rayonunun Ballıca kəndində keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib ailələr yeni evlərində yerləşiblər.

Xankəndi şəhərində, Xocalı Ağdərə rayonlarında Bərpa, Tikinti İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək onlara xoşbəxt firavan həyat arzulayıb. Bildirib ki, Xocalı şəhəri bu gün artıq ümidlərin, arzuların məkanıdır. Otuz ildən çoxdur ki, işığı sönmüş evlərdə çıraqlar yanır, gülüş səsləri eşidilir. İndiyədək Ballıca kəndinə ümumilikdə 68, Xocalı şəhərinə isə 52 ailə köçürülüb. İşğaldan azad olunmuş ərazilərə köç prosesi 2025-ci ildə mərhələli şəkildə davam etdiriləcək.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 mindən artıq insan yaşayır.

 

Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.6.