Xocalıya
köçən şəhid
anası: “Doğma
torpaqlara qayıtmağı
hər birimiz arzulamışıq”
Bu gün mən işğaldan azad olunmuş torpaqlara böyük qürurla gəlmişəm.
Həm kədərliyəm,
həm də sevincliyəm. Kədərim
nə qədər acı olsa da,
sevincim ondan da çoxdur. Çünki torpaqlarımız
azaddır.
Bu sözləri
AZƏRTAC-ın bölgə
müxbirinə açıqlamasında
Xocalıya köç
edən keçmiş
məcburi köçkün,
şəhid anası Adilə Ramazanova deyib.
“Bu günləri – doğma torpaqlara qayıtmağı hər birimiz arzulamışıq. Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Allah həmişə xalqımıza xoş günlər, firavanlıq nəsib etsin”, - deyə keçmiş məcburi köçkün bildirib.
Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.6.