Ballıca
kəndinin sakini: “Hər
zaman ürəyimizdə
bir ümid var idi ki,
biz qayıdacağıq”
Dünya cənnətə
dönsə də, Vətənin yerini heç nə vermir. Ölkəmizin hər yeri bizim
üçün Vətəndir.
Amma hara getsək də, harada yaşasaq da, qəlbimiz hər zaman doğma yurdumuz Qarabağla döyünüb.
Bu sözləri
Ağdamda AZƏRTAC-ın
bölgə müxbirinə
açıqlamasında Xocalının
Ballıca kəndinə
köç edən keçmiş məcburi köçkün Şura
Əliyev deyib.
“Otuz ildən də çox bir müddətdə doğma yurdumuzdan ayrı qaldıq. Bu torpaqlara qayıtmaq əlçatmaz bir arzu kimi görünürdü. Ancaq ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq. Allaha çox şükürlər olsun ki, arzularımız gerçəyə çevrildi”, - deyə keçmiş məcburi köçkün bildirib.
Azərbaycan.-2025.-
16 yanvar (№ 9).- S.6.