Keçmiş məcburi köçkün: Doğma torpaqlara böyük qürur sevinclə qayıdırıq

 

Doğma torpaqlarımızı tərk edəndə mənim 9 yaşım var idi. Uşaqlığım, gəncliyim köçkünlükdə keçdi. Bu illərdə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunsaq da, həmişə Vətən həsrəti ilə yaşadıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalıya köç edən keçmiş məcburi köçkün, Vətən müharibəsi qazisi İlqar Məmmədov deyib.

Həm 2016-cı il Aprel döyüşlərinin, həm 2020-ci il 44 günlük Vətən müharibəsi iştirakçısı olan İlqar Məmmədov bu gün doğma torpaqlara böyük qürur hissi ilə gəldiyini vurğulayıb. “44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etdik. İndi isə ANAMA əməkdaşı olaraq həmin əraziləri düşmənin basdırdığı minalardan partlamamış hərbi sursatlardan təmizlənməsində iştirak edirəm. Bu günə şükürlər edirəm ki, uzun illər xəyallarımda yaşatdığımız doğma torpaqlara böyük qürur sevinc hissi ilə qayıdırıq”, - deyə o bildirib.

 

Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.6.