Revanşist keşiş sülhə qarşı çıxır

 

Ermənistanda Paşinyanı devirmək üçün yenidən hərəkətə keçiblər

 

Revanşist qüvvələrin, habelə xarici dairələrin ssenarisi əsasında təşkil olunan etiraz aksiyalarının "lideri" rolunu oynayan, mayın 9-da Tavuşdan İrəvana yürüş keçirən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan növbəti dəfə Nikol Paşinyanı devirməklə hədələyib. Keşiş növbəti addımlarının Ermənistanda hakimiyyət dəyişikliyinə yol açacağını iddia edib. O, yalnız dini lider kimi deyil, həm getdikcə müxalifət düşərgəsində siyasi oyunçu kimi tanınır.

Bu fonda Qalstanyan özünü Ermənistanın gələcək lideri kimi görür Paşinyanı baş nazir postunda əvəz etməyi hədəfləyib. Onun ritorikası "ənənəvi erməni dəyərlərinin" bərpasına Ermənistanın hərbi güc kimi yenidən dirçəlməsinə yönəlib.

Arxiyepiskop artıq mübarizənin yeni mərhələsinə başladıqlarını bildirib. "Müqəddəs hərəkat" adlanan təşkilatın lideri bu barədə fikirlərini "Feysbuk" vasitəsilə canlı yayımda etdiyi müraciətində açıqlayıb. Keşiş deyib: "Biz küçələrdə, meydanlarda, şəhərlərin qapıları önündə, divarlarda, bir sözlə, hər yerdə olacağıq. Ədalətin təntənəsini istəyən günahsızlar (?) geri çəkilməyəcəklər".

Ermənistanın rəsmi şəxslərinin Azərbaycanla apardıqları sülh danışıqlarına münasibət bildirən arxiyepiskop revanşist mövqeyini bu formada ifadə edib: "Bizə "yedirdilən", sırınan "sülh" mənəvi iflicdir. Sülh dağıdıcılığı nəzərdə tutmur. Sülh bataqlıqda boğulmaq demək deyil. Bəli, sülhün alternativi yoxdur, amma sülh qalib gəlməlidir. Qələbə yoxdursa, sülh ola bilməz. Bizim hərəkatımız birbaşa həyatımızın xilas edilməsinə, həqiqətin təsdiqini tapmasına, qələbənin yekun nəticəsinə (?) aparacaq. Bizi bu yoldan heç döndərə bilməz".

Bu arada Baqrat Qalstanyanla Qarabağdan Ermənistana könüllü köçmüş şəxslərin ötəngünkü qapalı görüşü gərginliklərlə yadda qalıb. "4rd.am" nəşri yazıb ki, yepiskop hər kəsi dinləyib, problemləri qeyd edib, Qarabağ məsələsini onların geri qaytarılması məsələsini beynəlxalq platformalarda qaldırmağı diqqətində saxladığını, "Qarabağ komitəsi"nin Vardan Oskanyanın fəaliyyətindən xəbərdar olduğunu, onu alqışladığını bunun dövlət səviyyəsində görülməli olduğunu vurğulayıb: ""Qarabağ parlamenti"nin (ləğv edilmiş qondarma qurum-red.) "deputatları" (separatçılar-red.) çıxış edərək, hərəkatı alqışlayıblar. "Parlamentin sədr müavini" Bağunts Baqrat Srbazanı ad günü münasibətilə təntənəli şəkildə təbrik edib. Görüşdə yalnız Samvel Şahramanyan iştirak etməyib, çünki Baqrat "keçmiş prezidentlər"in formatında görüşün təşəbbüskarıdır".

Ermənistanda din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin dəstəyini almağa çalışırlar. Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etsə , səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qalmışdır.

Paşinyan hökumətinin kilsə başçısına qarşı mübarizəsi Qaraginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlayıb. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qaraginin hökumətə qarşı çıxışları ilə davam edib.

Xatırladaq ki, Ermənistanda kilsə ilə hökumət münasibətləri 44 günlük müharibədən sonra daha da kəskinləşib. Onda Qaragin Nikol Paşinyanın istefasını tələb etmişdi. O, kilsə ilə hökumət arasında əməkdaşlığın yetərli olmadığını da vurğulamışdı.

Son günlərdə İrəvanda xalqı Paşinyana qarşı qaldırmağa çalışan, səsləndirdiyi fikirlərlə, açıqlamaları ilə yerli medianın diqqət mərkəzində yer alanlardan biri sabiq baş nazir Qrant Baqratyandır. O da Ermənistanı növbəti vətəndaş qarşıdurmasına sürükləməyə çalışır. Məqsəd isə hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirməkdir. Baqratyan erməni diasporunun siyasətdəki ən ciddi fiqurlarından biridir. Baqratyan sülh prosesinə Ermənistan - Türkiyə əlaqələrinin bərpasına qarşı sərt müxalif mövqedə dayanır.

Hər halda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2025.- 16 yanvar (№ 9).- S.8.