"Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində, "Dövlət sosial sığorta sistemində
fərdi uçot haqqında" və
"Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2026-cı il 27 fevral tarixli
367-VIIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Əmək Məcəlləsində,
"Dövlət sosial
sığorta sistemində
fərdi uçot haqqında" və
"Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2026-cı il 27 fevral tarixli
367-VIIQD nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 9, maddə 582 (Cild
I) ilə təsdiq edilmiş "Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət
qulluğuna qəbul üçün əmək
müqaviləsinin (kontraktının)
nümunəsi"nin 1.1-ci bəndindən ", ilk dəfə əmək fəaliyyətinə başlayanlar
və "Dövlət
sirri haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq barələrində
məlumatların məxfiləşdirilməsi
nəzərdə tutulan
şəxslər istisna
olmaqla, sosial sığorta nömrəsi
(SSN)" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 11
fevral tarixli 527 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 2, maddə 226 (Cild
I); 2024, № 8, maddə 943; 2025, № 4 (I kitab), maddə 325) ilə təsdiq edilmiş "Dövlət
qulluqçusunun şəxsi
işinin aparılması
Qaydaları"na 2 nömrəli
əlavə - "Kadrlar
uçotunun şəxsi
vərəqəsi"ndən "Sosial sığorta nömrəniz (SSN)______" sözləri
çıxarılsın.
3. Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 16
may tarixli 690 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 5, maddə 842 (Cild
I); 2025, № 4 (I kitab), maddə
345) ilə təsdiq edilmiş "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan
əmək müqaviləsinin
nümunəsi"nin 1.1-ci bəndindən ",ilk dəfə əmək fəaliyyətinə başlayanlar
və "Dövlət
sirri haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq barələrində
məlumatların məxfiləşdirilməsi
nəzərdə tutulan
şəxslər istisna
olmaqla, sosial sığorta nömrəsi
(SSN)" sözləri çıxarılsın.
4. Bu Fərman
2026-cı il iyulun 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 mart 2026-cı il
Azərbaycan.-2026.- 11 mart (№ 45).- S.2.