Aleksandr
Stubb ölkəmizə
dəstəyini ifadə
edib
Martın 10-da Finlandiya
Respublikasının Prezidenti
Aleksandr Stubb Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
Aleksandr Stubb İranın Azərbaycanın
Naxçıvan Muxtar
Respublikasına hücumu
ilə əlaqədar
ölkəmizə dəstəyini
ifadə edib.
Azərbaycan Prezidenti
telefon zənginə və göstərilən
dəstəyə görə
minnətdarlığını bildirib.
Telefon söhbəti
zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri
və həmin görüşlər zamanı
ikitərəfli əlaqələrimizin
inkişafı ilə
bağlı aparılmış
müzakirələr məmnunluqla
xatırlanıb.
Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2026.- 11 mart (№45).- S.3.