Əhməd
Əl Şaraa Yaxın Şərq regionunda yaranmılş gərginlikdən narahatlığını
bildirib
Martın 10-da Suriya
Ərəb Respublikasının
keçid dövrü
Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti
zamanı Yaxın Şərq regionunda yaranmış gərginlikdən
narahatlıq ifadə olunub, region dövlətlərinin təhlükəsizliyinə
və sabitliyinə mənfi təsir göstərə biləcək
addımların qarşısının
alınmasının zəruriliyi
bildirilib.
Telefon danışığı əsnasında, eyni zamanda, Azərbaycan-Suriya ikitərəfli əlaqələrinə toxunulub, münasibətlərin möhkəmləndirilməsində, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Azərbaycan.-2026.- 11 mart (№45).- S.3.