Abiy
Əhməd Əli İlham Əliyevə zəng edib
Efiopiyanın Baş
naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
zəng edib.
Abiy Əhməd
Əli İranın Azərbaycanın Naxçıvan
Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb.
Dövlətimizin başçısı
telefon zənginə və göstərilən
dəstəyə görə
minnətdarlığını bildirib.
Telefon söhbəti əsnasında Efiopiyanın Baş nazirinin bir müddət əvvəl ölkəmizə rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirilib.
Azərbaycan.-2026.-
11 mart (№45).- S.3.