Azərbaycan
İnvestisiya Holdinqinin
Müşahidə Şurasının
iclası keçirilib
10 mart tarixində
Azərbaycan Respublikasının
Baş naziri, AİH-in Müşahidə Şurasının sədri
Əli Əsədovun
sədrliyi ilə keçirilən iclasın
gündəliyində Holdinqin
idarəetməsində olan
Portfel Şirkətlərin
2025-ci ilin yekunları
üzrə Fəaliyyət
Hesabatı, əsas fəaliyyət göstəriciləri
və maliyyə nəticələri, o cümlədən
ümumi gəlir və EBİTDA göstəriciləri,
“Azərpambıq Aqrar
Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi
baxış, dövlət
maliyyəsinin səmərəli
idarə edilməsinin
təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların
AİH-nin portfel şirkətlərinə tətbiqi
barədə və digər cari məsələlər ətraflı
müzakirə olunub.
Gündəlikdə olan məsələlər
üzrə Azərbaycan
İnvestisiya Holdinqinin
Baş icraçı
direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib.
İclasda təqdim olunan məsələlərə
dair AİH-in Müşahidə Şurasının
üzvləri, AİH-in
İdarə Heyətinin
sədri və iclasa dəvət olunan Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı naziri
Məcnun Məmmədov
çıxış ediblər.
İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
Azərbaycan.-2026.- 11 mart (№45).- S.3.