Kolumbiyanın
ölkəmizdəki yeni
səfiri etimadnaməsinin
surətini nazir Ceyhun Bayramova təqdim edib
Martın 10-da Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Kolumbiyanın ölkəmizdəki
yeni səfiri Nelsi Rakel Munar
Xaramiyonla görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata
görə, görüş
zamanı səfir etimadnaməsinin surətini
nazir Ceyhun Bayramova təqdim edib. C.Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətə
başlaması münasibətilə
təbrik edib, ona uğurlar arzulayıb.
Tərəflər iki
ölkə arasında
siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat,
ticarət, turizm, təhsil və mədəniyyət, minasızlaşdırma
fəaliyyəti və
digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə
fikir mübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici
İşlər nazirlikləri
arasında siyasi məsləhətləşmələrə hazırlıq işləri
barədə məlumat
verilib.
Hər iki ölkənin BMT, Qoşulmama
Hərəkatı digər
çoxtərəfli platformalarda
sülh, təhlükəsizlik,
davamlı inkişaf sahələrində bir-birini
dəstəklədiyi məmnunluqla
bildirilib. Münasibətlərdə
Parlamentlərarası ölçünün
əhəmiyyəti qeyd
olunub, dostluq qrupları arasında qarşılıqlı təmasların
və səfərlərin
faydalı olduğu diqqətə çatdırılıb.
Tərəflər Yaxın
Şərqdə müharibə
fonunda mövcud vəziyyət ətrafında
fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsinin Xarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini, deeskalasiyanın əhəmiyyətli
olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan.-2026.- 11 mart (№45).- S.3.