Azərbaycan-Oman
münasibətlərinin inkişafı
diqqət mərkəzində
olub
Martın 10-da Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Oman Sultanlığının
ölkəmizə təyin
edilmiş qeyri-rezident
səfiri Seyf bin Raşid Əl-Cahvarini qəbul edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata
görə, görüş
zamanı tərəflər
Azərbaycan-Oman münasibətlərinin
cari vəziyyətini və əməkdaşlıq
perspektivlərini müzakirə
ediblər.
İki ölkə
arasında siyasi dialoq, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi,
həmçinin mədəni
və humanitar sahələrdə əməkdaşlığın
gücləndirilməsinin əhəmiyyəti
vurğulanıb.
Görüş zamanı,
həmçinin regional
və beynəlxalq məsələlər, o cümlədən
Yaxın Şərqdəki
artan gərginlik və hərbi eskalasiya barədə fikir mübadiləsi aparılıb. Oman vətəndaşlarının Azərbaycan ərazisindən
istifadə etməklə
təxliyəsini, Azərbaycan
vətəndaşlarının isə Oman ərazisindən
istifadə etməklə
təxliyəsinə yaradılmış
şəraitə görə
qarşılıqlı dəstək
ifadə olunub.
Hər iki tərəf münasibətlərin daha da inkişaf etdirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsi, yüksək və ali səviyyədə səfərlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan.-2026.- 11 mart (№45).- S.3.