Ursula
Fon der Lyayen:
“Trans-Xəzər dəhlizi təkcə Avropaya deyil, həm də sülhə aparan bir yol
ola bilər”
Trans-Xəzər dəhlizi
təkcə Avropaya deyil, həm də sülhə aparan bir yol
ola bilər.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Avropa Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen söyləyib.
O deyib ki, Trans-Xəzər Nəqliyyat Dəhlizi kimi strateji layihələr barədə düşünmək
lazımdır: “İlk
baxışdan onun məqsədi Mərkəzi
Asiya ilə Avropa arasında səyahət müddətini
30 gündən 15 günə
endirməkdir, lakin bu layihənin daha çox əhəmiyyəti var. Bu dəhliz Cənubi Qafqazda əvvəllər düşmən
olan dövlətləri
birləşdirəcək və
onları Avropaya bağlayacaq".
Ursula Fon der Lyayenin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra kömür və dəmir Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də problemli bölgədə ticarət və əməkdaşlığı normaya çevirə və təkcə Avropaya deyil, həm də sülhə gedən bir yola çevrilə bilər: "Mənim fikrim sadədir. Afrika və ya Yaxın Şərqdə olduğu kimi, bu bölgədə də investisiyalarımız təsir gücünə və təmsilçiliyə malik olduğumuz deməkdir”.
Azərbaycan.-2026.- 11 mart (№45).- S.5.