Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, son bir neçə gün ərzində Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyimizin Dubay şəhərindəki baş konsulluğumuzun müvafiq səyləri nəticəsində ölkəmizə geri qayıtmaq niyyətində olan vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Daha sonra, vətəndaşlarımız diplomatik nümayəndəliklərimiz tərəfindən ayrılmış xüsusi avtobuslarla Omandakı səfirliyimizin əlaqələndirməsi ilə Oman hava limanına aparılıb Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Azərbaycana yola salınıb.

Qeyd edilən reyslə 195 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər Türkiyə vətəndaşı 2 nəfər Azərbaycanda yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ölkəmizə geri qayıdır.

Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir vətəndaşlarımızın təhlükəsizliyi prioritet istiqamətlərdəndir”, - deyə nazirliyin məlumatında bildirilib.

 

Azərbaycan.-2026.- 11 mart (№45).- S.7.