Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

 

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, AZAL-ın MuskatBakı marşrutu üzrə hərəkət edən “Boeing 787 Dreamlinertəyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Reys vasitəsilə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qaytarılıb.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz planlı şəkildə həyata keçirilməsini təmin edir.

 

Azərbaycan.-2026.- 11 mart (№45).- S.7.