Azərbaycana
təxliyə olunan vətəndaş: “Dövlətimiz
bizi darda qoymadı”
Həqiqətən möhtəşəm
və gözlənilməz
bir uçuş oldu.
Bu sözləri
AZƏRTAC-a açıqlamasında Yaxın Şərqdəki
münaqişə bölgəsindən
Azərbaycana təxliyə
olunan Mehdi Heybətov söyləyib.
O deyib: “Fevralın
28-də Əbu-Dabidən Bakıya
yola düşdük,
lakin təxminən 6 saat yarım havada qaldıqdan sonra bizi yenidən
Əbu-Dabi hava limanına qaytardılar. Uçuşumuz alınmadı”.
Əbu-Dabidə isə müəyyən çətinliklərlə üzləşdiklərini bildirən Mehdi Heybətov əlavə edib: “Dövlətimiz bizi darda qoymadı. Ölkə rəhbərliyinin tapşırığı və həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində yenidən Azərbaycana dönməyimiz təmin olundu. Bu diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və ölkəmizin Əbu-Dabidəki səfirliyinə dərin minnətdarlığımı bildirirəm. Allah Azərbaycanı və Prezidentimizi qorusun!”.
Azərbaycan.-2026.- 11 mart (¹45).- S.7.