Dubaydan təxliyə olunan vətəndaş Prezidentə
və aidiyyəti qurumlara təşəkkür
etdi
Müəyyən səbəblərə
görə, Dubayda qalmışdıq. Azərbaycan
Prezidentinə və aidiyyəti qurumlara göstərdikləri dəstəyə
görə dərin minnətdarlığımı bildirirəm.
Bu sözləri
AZƏRTAC-a açıqlamasında Yaxın Şərqdəki
münaqişə bölgəsindən
Azərbaycana təxliyə
olunan Fəqan Dadaşov söyləyib.
Sağ-salamat Vətənə qayıdan F.Dadaşov bildirib ki, uçuş zamanı hava şəraiti ilə əlaqədar bəzi ləngimələr olsa da, ümumilikdə proses uğurla həyata keçirilib.
Azərbaycan.-2026.- 11 mart (№45).- S.7.